03 Sentyabr 2019 18:37
475
DÜNYA
A- A+

Vəfalı it sahibinin cəsədini bir aydan çox qoruyub


Təxminən bir ay əvvəl itkin düşmüş Sankt-Peterburqdan olan 66 yaşlı turistin cəsədi Murmansk vilayətindəki tundrada aşkarlanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, cəsədin yanında turistin itini görüblər. Retriver cinsindən olan it bu müddət ərzində xeyli arıqlasa da, sahibinin cəsədini tərk etməyib.

Təhqiqatçıların sözlərinə görə, 1953-cü il təvəllüdlü Sankt-Peterburq sakini iyulun 27-də Murmansk vilayətinə gəlib. Avtomobilini dayanacaqda saxlayaraq saamların müqəddəs saydıqları və turistlər arasında populyar olan Seyd gölünə yollanıb. Gedərkən bir gün sonra qayıdacağını deyib. Lakin bundan sonra onunla əlaqə kəsilib.

Turistin cəsədi sentyabrın 2-də dayanacaqdan 3,5 kilometr aralıda aşkarlanıb. Müstəntiqlər meyitin üzərində zorakılıq əlamətlərinin olmadığını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video