03 Sentyabr 2019 11:53
619
DÜNYA
A- A+

İran ABŞ-la birbaşa danışıqları istisna edir


İran Prezidenti Həsən Ruhani ölkə parlamentinin qarşısında çıxış edərkən bildirmişdir ki, İran ABŞ-la ikitərəfli danışıqlar barədə qərar qəbul etməmişdir, Tehranın nüvə proqramına dair Vaşinqtonla dialoq yalnız 5+1 (BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə + Almaniya) formatında mümkündür. Bu barədə yerli KİV xəbər verir.

Ruhani əlavə etmişdir ki, İran 5+1 formatında görüşlərə yalnız İrana qarşı sanksiyaları ləğv etdikdən sonra qatıla bilər. Prezident qeyd etmişdir ki, ABŞ-la danışıqlar məsələsinə münasibət bildirərkən verdiyi bəyanatlar dəfələrlə səhv izah olunmuşdur: "ABŞ-la danışıqlar haqqında heç bir qərar qəbul edilməmişdir. Danışıqlar haqqında Amerika tərəfi çoxlu təkliflər irəli sürmüş, amma bizim cavabımız həmişə mənfi olmuşdur”.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video