02 Sentyabr 2019 23:19
496
CƏMİYYƏT
A- A+

Azərbaycanın Ombudsman təsisatının Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələri genişlənir


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Giorgiyev ilə görüşüb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Görüşün məqsədi BMqT və Ombudsman Aparatının miqrantların insan hüquqlarının müdafiəsi, habelə onların gəlmə səbəbləri və tərkibi nəzərə alınmaqla zəruri ehtiyaclarının ödənilməsi, cəmiyyətə inteqrasiyası sahəsində, o cümlədən ölkəmizdə hazırlanmaqda olan "2019-2023-cü illər üzrə beynəlxalq miqrasiyanın idarə edilməsinə dair Azərbaycan Respublikasının Strategiyası”, "2019-2024-cü illər üzrə Azərbaycan Respublikasının Miqrasiya üzrə Milli Strategiyası” və "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın insan hüquqları kontekstində həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.

Görüş zamanı Azərbaycanda miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlarda dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi, habelə MDB ölkələri sırasında ilk olaraq qəbul edilmiş Miqrasiya Məcəlləsinin effektiv implementasiyası, readmissiya, repatriasiya, həmçinin sənədsiz miqrantların hüquqlarının müdafiəsi, onların zorakılıq və istismara məruz qalmasının qarşısının alınması məqsədilə innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının gördüyü işlər barədə qonağa məlumat verilərək ombudsmanın dörd regional mərkəzinin, təsisatda qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun, eyni zamanda, bu sahə üzrə ixtisaslaşmış müşavirin fəaliyyət göstərdiyi, həmin sektorda vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin, ölkəmizdə sığınacaq axtaran şəxslərin də müraciətlərinə baxıldığı, bununla yanaşı, ölkədən kənarda yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi məsələsinin daimi müvəkkilin nəzarətində saxlanıldığı vurğulanıb. O, həmçinin milli preventiv mexanizm qismində miqrantların saxlanma yerlərinə baş çəkildiyini, onların problemlərinin və ehtiyaclarının öyrənilərək dərhal araşdırıldığını bildirib.

Ombudsman, həmçinin Azərbaycanda uğurla həyata keçirilən islahatlar nəticəsində yeni strategiyaların hazırlandığını, bu prosesə qeyri-hökumət təşkilatlarının cəlb olunduğunu, son dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və idarə edilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən yeni yanaşmalar tətbiq edilməklə görülən işləri xüsusi vurğulayaraq, müsbət nəticələrin əldə edildiyini, o cümlədən bu Xidmətlə yaradılmış sıx əməkdaşlıq sayəsində miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olunduğunu diqqətə çatdırıb.

Vladimir Giorgiyev təmsil etdiyi təşkilatın Azərbaycanda məcburi köçkün və miqrantların hüquqlarının təmini sahəsində həyata keçirdikləri layihələr barədə danışıb. O, BMqT-nin regionlarda bu kateqoriyadan olan insanların kompakt yaşadığı yerlərdə təmiz su təminatının bərpa edilməsi istiqamətində tədbirlər görüldüyünü, o cümlədən hüquq məsləhətxanalarının dəstəklənməsinə dair layihə çərçivəsində bir sıra mühüm işlər aparıldığını, xüsusilə repatriasiya olunmuş şəxslərə dəstək göstərildiyini, onlara pulsuz hüquqi yardımın edildiyini vurğulayıb.

Qonaq nəinki əhalinin bu kateqoriyadan olan şəxslərinin, habelə ümumilikdə bütün insanların insan alveri barəsində maarifləndirilməsi məqsədilə metro stansiyalarında müvafiq maarifləndirici posterlərin asıldığını da diqqətə çatdırıb.

Görüşdə müvəkkil BMqT ilə gələcəkdə Ombudsman təsisatı, BMqT və vətəndaş cəmiyyətindən ibarət üçtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə bəzi məsələlərə diqqət yetirilməsini vacib hesab edərək, təsisatın əməkdaşları, dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və yerli icmalar da cəlb edilməklə bu istiqamətdə paytaxt və regionlarda, həmçinin sərhəd-buraxılış məntəqələrində birgə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, birgə araşdırmaların aparılmasını, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əhaliyə və onlarla işləyən qurumların nümayəndələrinə çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün paytaxt və regionlarda sosial tədbirlərin təşkil edilməsini, regional sığınacaqların yaradılmasını təklif edib. O, bu şəxslərin mövcud fərdi problemlərinin müəyyənləşdirilməsinin, sənədsiz miqrantlar üçün pulsuz hüquqi məsləhətlərin verilməsinin, həmin şəxslərin hüquqi vəziyyətini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin, o cümlədən mədəniyyətimizin, dilimizin, dinimizin təbliğinə dair ixtisaslaşmış modulların hazırlanmasının vacibliyini qeyd edib.

V.Giorgiyev ombudsmanın qaldırdığı məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda, görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video