02 Sentyabr 2019 17:20
490
DÜNYA
A- A+

ABŞ-da “Dorian” üzündən yüz minlərlə adam köçürülür

"Dorian” tufanının yaxınlaşması ilə əlaqədar olaraq ABŞ-ın Cənubi Karolina, Corciya və Florida ştatlarında sahilyanı zonaların sakinlərinin köçürülməsi başlamışdır. Bu barədə ştatların hakimiyyət orqanları məlumat vermişdir.

Cənubi Karolinada məcburi köçürülmə haqqında əmr 830 min nəfərə şamil olunmuşdur. Bundan başqa, sahil boyunca bütün məktəblər və dövlət müəssisələri bağlanmışdır. Proqnozlara görə, tufan bu gün Cənubi Karolina sahillərinə çata bilər. Şimali Karolina ştatında da fövqəladə vəziyyət rejimi elan edilmişdir.

Sürəti saatda 280 kilometrə çatmış "Dorian” artıq Baham adalarının şimal hissəsini vurmuşdur. Güclü külək yaşayış evlərinin damlarını uçurmuş, ağacları yıxmışdır. Leysan yağışları nəticəsində yolları və yaşayış evlərini su basmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video