02 Sentyabr 2019 15:47
868
Mədəniyyət
A- A+

İranın maraqlı və qədim-Kəndovan kəndi


İranın Şərqi Azərbaycan vilayətindəki Təbriz şəhərinin yaxınlığında qədim və maraqlı bir kənd var. Kəndovan kəndi turistlərdə ən çox maraq doğuran yerlərdən biridir.

AZƏRTAC xəbər verir ki, kənd Səhənd dağının ətəyində yerləşir. Kəndovan fars dilindən tərcümədə arı pətəyi deməkdir. Qayalıqda yerləşən kəndə kənardan nəzər yetirdikdə onun arı pətəyinə bənzədiyi aydınlaşır. Arxeoloqlar bildirir ki, 1000 il əvvəl Səhənd dağında baş verən vulkan püskürməsinin nəticəsində dağın ətəyində yuvalara bənzər mağaralar yaranıb. Sonradan insanlar bu mağaraları yaşayış üçün əlverişli hala salıblar. Bu kəndin digərlərindən fərqi ondadır ki, buradakı evlər qayaların içində yerləşir.

Fars mənbələrinin verdiyi məlumata görə, VII əsrdə monqolların İrana hücumu zamanı insanlar qaçıb Səhənd dağının ətəyində gizləniblər. Sonralar insanlar buranın təhlükəsiz olduğunu görərək daimi məskən salıblar. Hazırda kəndin 1000 nəfərdən artıq əhalisi var. Turistlər üçün maraqlı məkan olan Kəndovan kəndində 5 ulduzlu otel də inşa edilib. Otel də qayanın içindədir. Lakin müasir avadanlıqlarla təchiz edilib.

Daşların arasında tikilmiş evlər kəndə özünəməxsus gözəllik verir. Kəndin yaxınlığına yerdən çıxan mineral su böyrək xəstəliyindən əziyyət çəkənlərin müalicəsində istifadə edilir.

Dünyada üç belə kənd mövcuddur. Onlardan biri Türkiyədəki Kapadokiya, digəri isə ABŞ-dakı Dakotadır. Fərq ondadır ki, İrandakı kənddə insanlar yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video