02 Sentyabr 2019 12:18
453
CƏMİYYƏT
A- A+

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü qeyd olunub


Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi” İdman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbrikini tədbir iştirakçılarına çatdırıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü ərəfəsinə təsadüf edən tədbirdə ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, idman sahəsində də böyük zirvələrin fəth edildiyi qeyd olunub.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2009-cu il avqustun 31-də açılışını etdiyi "Sərhədçi” İdman Olimpiya Mərkəzinin respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan verməsini, sərhədçi idmançıların İdman Olimpiya Mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində beynəlxalq və yerli yarışlarda 1254 qızıl, 835 gümüş, 977 bürünc medal qazanmalarını xüsusi vurğulayıblar.

Tədbiridə xidmət zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılıb. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin Nümunəvi Hərbi Orkestrinin konsert proqramı və idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video