01 Sentyabr 2019 19:51
478
SİYASƏT
A- A+

İSESKO-nun sabiq baş direktoruna “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib


Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əbdüləziz Əl-Tüveycrinin ölkəmiz ilə İSESKO arasında münasibətlərin inkişafı istiqamətində fəaliyyətinin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Həmçinin Əbdüləziz Əl-Tüveycrinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı hər zaman ölkəmizin mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirdiyi, dəfələrlə müvafiq bəyanatlar verdiyi qeyd olunub. İSESKO-nun sabiq baş direktoruna "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilib.

Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan Əbdüləziz Əl-Tüveycri İSESKO-nun baş direktoru vəzifəsində çalışdığı müddətdə ona hərtərəfli dəstək göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video