Alternative content

01:05 13 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:25 13.12.2019 BİZ İNSANIQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
01:14 01.09.2019


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 203, № 3, maddə 404; 2017, № 7, maddə 1269) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci maddədən "və ya publik hüquqi şəxs tərəfindən” sözləri çıxarılsın.

2. 3.2-ci maddədə "tutulmuş” sözü "tutulduğu” sözü ilə əvəz edilsin.

3. 4.1-ci və 6.3-cü maddələrdə "orqanı” sözü "orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

4. 4.2-ci maddə ləğv edilsin.

5. 4.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.”.

6. 6.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;”.

7. 6.2.8-ci maddəyə "təsərrüfat” sözündən əvvəl "sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin.

8. 8.2.1-ci, 8.2.2-ci və 8.2.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

8.2.2. idarəetmə orqanlarının yaradılması;

8.2.4. strukturun, işçilərin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”.

9. Aşağıdakı məzmunda 8.2.2-1-ci maddə əlavə edilsin:

"8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;”.

10. 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilsin:

"8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.”.

11. 8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.”.

12. 8.4-cü maddədə "rəhbər” sözü "idarəetmə orqanlarının rəhbərləri (üzvləri)” sözləri ilə, "verməlidir” sözü "verməlidirlər” sözü ilə əvəz edilsin.

13. 8.5-ci maddədən "rəhbərin” sözü çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM