01 Sentyabr 2019 00:31
1220
Səhiyyə
A- A+

Ürək üçün işlək “ehtiyat hissələri” çap edilib

Amerikalı bioloqlar ilk dəfə insan ürəyinin süni fraqmentlərini yaratmağa nail olublar.

Karnegi-Mellon Universitetinin alimləri tibb sahəsində əldə etdikləri mühüm nailiyyət haqqında məqalə dərc ediblər. Bildiriblər ki, insan ürəyinin canlı toxumasının funksiyasını yerinə yetirən bəzi tərkib hissələri çap etməyə nail olublar. Hələ ki süni ürəyin yaradılmasından söhbət getmir. Lakin bioloji 3D çap texnologiyası artıq bir neçə il sonra donor orqanlarının çatışmazlığı problemini aradan qaldıra bilər.

Dərman içməyə son:

təbii ağrıkəsici

Bədəndə ağrı olduqda əksəriyyətimiz dərhal ağrıkəsici dərman içməyə üstünlük veririk. Ancaq dərmana ehtiyac olmadan da ağrını kəsmək yolları var ki, bunlardan biri də indi reseptini təqdim edəcəyimiz ağrıkəsici çaydır. Bu çayın hazırlanması olduqca asandır və heç bir yan təsirləri yoxdur.

Lazım olan məhsullar:

- Darçın - 1 çay qaşığı

- Qara çay - 2 çay qaşığı

- Üyüdülmüş hil - 2 çay qaşığı

- Üyüdülmüş zəncəfil - 1 çay qaşığı

- Sarıkök - 2 çay qaşığı

- Bal - 1 çay qaşığı

- Badam südü - yarım fincan

- Su - 2 stəkan

Hazırlanması:

Əvvəlcə darçın, hil, zəncəfil və sarıkökü qarışdırıb su əlavə edin və 10 dəqiqə ərzində qaynadın. Sonra qara çayı əlavə edib 2 dəqiqə də qaynadın. Onu süzüb çaya badam südünü əlavə edin. Şirinlik qatmaq üçün sonda bal qatın. Gün ərzində bu çaydan için. Hansı fasilələrlə istəsəniz, içə bilərsiniz.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video