Alternative content

10:02 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhər yeməyindən imtina etmək fəsadlara yol açır
Səhər yeməyindən imtina etmək fəsadlara yol açır
ANA SƏHİFƏ / Səhiyyə
00:28 01.09.2019

Mütəxəssislər sübut ediblər ki, səhər yeməyi insanın iş qabiliyyətini 30 faiz artırır.

Diqqəti və yaddaşı yaxşılaşdırır. İnsana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir. Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.

Səhər yeməyi üçün ən uyğun vaxt - səhər saat 9-10 radələridir. Çalışın səhər yeməyindən 1 saat tez oyanasınız və bu müddətdə iştahanı "oyatmaq” üçün yüngül gimnastika etmək məsləhətdir. İnsan ac olduqda qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhvali-ruhiyyəsinə mənfi təsir edir - o, əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir. Əgər günorta belə vəziyyətdə olmaq istəmirsinizsə, səhər yeməyindən imtina etməyin.

Amerikalı mütəxəssislər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı daha yaxşı doydurur ki, bu da gün ərzində qəbul edilən əlavə kaloriləri azaldır. Yumurtanı qaynadılmış şəkildə yemək daha faydalıdır.

Həmçinin səhər yeməyi üçün müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması və s.) uyğundur. Sıyıqlar insanı uzun müddət ərzində tox saxlayır.

Diyetoloqların fikirinə görə, səhər yeməyi gündəlik qida rasionunun 25 faizini təşkil etməlidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM