Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəhərli qida
Zəhərli qida
ANA SƏHİFƏ / Səhiyyə
00:26 01.09.2019

İsti havalarda tez-tez rast gəlinən sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir.

Ölümə belə yol aça bilən bu gizli təhlükədən necə qorunmalı, nələrə diqqət etməliyik? ATU-nun II Daxili xəstəliklər kafedrasının dosenti, toksikoloq İsmayıl Əfəndiyev bildirir ki, qida zəhərlənmələri ilk növbədə iqlim şəraitinə görə baş verir.

Havanın hərarəti yüksək olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Həmçinin əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmamasından baş verir. Soyuq zəncirin pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları, məsələn, dönər kimi qidaların yayda saxlanılma müddəti çox az olur. Eyni zamanda, qida məhsullarının düzgün şəraitdə saxlanılmaması da zəhərlənmələrə yol açır. Yay aylarında qarpızdan zəhərlənmələr daha çox olur. Bu halların 99 faizi qarpızdan və ya qarpızın tərkibindəki nitratlardan, başqa kimyəvi maddələrdən də baş verir. Sadə qida zəhərlənməsi də olur. Məsələn, qarpız torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır. Çox zaman qarpızı yumadan birbaşa kəsirlər. Belə olanda onun tərkibinə mikroblar düşür. Bir neçə saatdan sonra həmin mikroblar, patogenlər inkişaf edir. Beləliklə, qarpızı yedikdən sonra zəhərlənmə əlamətləri başlayır. Ürəkbulanma, qusma, hərarət və s. hallar yaranır. İnsanlar belə hallarda qarpızdan zəhərləndiyini düşünür. Lakin bu, qida toksikoinfeksiyasıdır.

İlkin yardım

İsmayıl Əfəndiyev qeyd edir ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Məsələn, səhər hansısa bir süd məhsulu ilə qidalananda özünüzdə prodromal dövr yaşayacaqsınız. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur: "Birinci növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması (çoxlu miqdarda sodalı, ya marqanisli su içmək) həyata keçirilsin, bağırsaqtəmizləyici imalə edilsin. Əgər bu, mümkün olmasa, hər 10 kiloqram bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır. Lakin əgər artıq zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Xəstə şok keçirə bilər, xəstəlik başqa insanlara yoluxar və s.

Mütəxəssis bildirir ki, qida zəhərlənmələrində ən çox ölüm halları rast gəlinən botulizm hesab olunur: "Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərdən olur. Və anaerob şəraitində, yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda adıçəkilən xəstəlik baş verir. Qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrobtörərədici xəstəliklərdir. Bunlar yüngül, ağır və orta keçə bilər”.

Yasəmən MUSAYEVA,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM