31 Avqust 2019 14:01
454
DÜNYA
A- A+

ABŞ İran tankerinə qarşı sanksiyalar tətbiq etdi


ABŞ İranın "Adrian Dərya 1” neft tankerinə və gəminin kapitanı Akhileş Kumara qarşı sanksiyalar tətbiq etmişdir. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat vermişdir.

Məlumatda deyilir ki, tanker "rejimin bədniyyətli fəaliyyətini maliyyələşdirmək və terrorizmi təbliğ etmək üçün” İranın qanunsuz olaraq satdığı böyük həcmdə neft daşımağa qadirdir. Nazirlik həmçinin xəbardarlıq etmişdir ki, "Adrian Dərya 1”ə dəstək verməyə cəhd edənlərin hamısı Amerikanın sanksiya siyahısına düşə bilər.

Ötən ay beynəlxalq qalmaqalın mərkəzinə düşmüş tanker Cəbəl-Tariqi tərk etmişdir. Gəmi 46 gün Cəbəl-Tariqdə qalmışdı: tanker Avropa İttifaqının Suriyaya neft təchizatına qoyduğu qadağanı pozmaqda günahlandırılaraq Böyük Britaniyanın tələbi ilə həbs edilmiş, lakin gəminin Suriyaya üz tutmadığı məlum olduqdan sonra buraxılmışdı. Sonra ABŞ İrana qarşı Amerika sanksiyaları çərçivəsində "Adrian Dərya 1”i yenidən həbs etməyi sifariş vermişdi. Amma Cəbıl-Tariq hakimiyyət orqanları bu tələbi rədd etmişdi, çünki ABŞ-ın sanksiyası Avropa İttifaqı ölkələrində tətbiq olunmur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video