31 Avqust 2019 01:34
424
SİYASƏT
A- A+

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədədir


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov avqustun 30-da Səudiyyə Ərəbistanının "ACWA POWER” şirkətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səmimi qəbula görə Baş Nazirə minnətdarlığını bildirən "ACWA POWER” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan bildirib ki, bu il mart ayının 17-də Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir. Mohammad Abunayyan bərpa edilən enerji mənbələrindən istifadə sahəsində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirən "ACWA POWER”in fəaliyyəti haqqında ətraflı məlumat verib.

Baş Nazir Novruz Məmmədov görüşdə dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirərək deyib: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Baş Nazir vurğulayıb ki, alternativ enerji ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etməkdə, elektrik enerjisi istehsalı sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıqda maraqlıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video