31 Avqust 2019 01:33
409
SİYASƏT
A- A+

Ölkəmizdəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib


Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum, eyni zamanda müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib.

Sentyabrın 1-nə təsadüf edən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, islam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin vacibliyinə də toxunan komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə əvvəlcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin həyata keçirildiyini, komitə tərəfindən tədbirlər planının hazırlandığını bildirib. Müvafiq tədbirlər planına əsasən, Bakı şəhəri də daxil olmaqla, respublikanın müxtəlif bölgələrində maarifləndirici tədbirlərin, görüşlərin keçirildiyini nəzərə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.

Daha sonra DQİDK-nın bölgə şöbə müdirləri regionlardakı dini durum, din adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə görülmüş profilaktik işlər, o cümlədən təziyə məclislərinin məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunması, islam qaydalarına uyğun formada həyata keçirilməsi ilə bağlı atılan qabaqlayıcı addımlar barədə danışıblar.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdiri Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm daşıdığını vurğulayıb. E.Nəcəfov təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımızın da xatirəsinin anılmasının zəruriliyini qeyd edib.

Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video