31 Avqust 2019 01:30
792
Mədəniyyət
A- A+

“Salam” yeniyetmə kinofestivalı keçiriləcək


Sentyabrın 2-dən 5-dək "Nərimanfilm” kinostudiyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi, "Pasha Holding” MMC-nin və bir sıra təşkilatların sponsorluğu ilə "Salam” Beynəlxalq yeniyetmə kinofestivalı keçiriləcək.

300-ə qədər 13-17 yaşlı yeniyetmənin iştirak edəcəyi festivalda bir sıra xarici ölkələrdən gənclər dəvətlidir. Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrinə baxaraq filmləri müzakirə edəcək və münsif kimi səs verərək qalibləri müəyyənləşdirəcək.

Film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar da keçiriləcək.

Layihənin məqsədi gəncliyimizin milli-mənəvi və ümumdünya dəyərlərinə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, mədəniyyətimizin təbliğidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video