Alternative content

03:26 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda dördüncü dəfə İndoneziya mədəniyyəti festivalı keçiriləcək
Bakıda dördüncü dəfə İndoneziya mədəniyyəti festivalı keçiriləcək
ANA SƏHİFƏ / Mədəniyyət
01:29 31.08.2019


Bu günlərdə Bakı daha bir beynəlxalq mədəni tədbirə evsahibliyi edəcək. Respublika Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 11-15-də Heydər Əliyev Sarayında 4-cü İndoneziya mədəniyyəti festivalı keçiriləcək. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti nazirliklərinin nümayəndələri təmsil olunacaqlar.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani festivala hazırlıqla bağlı keçirilən tədbirdə bildirib ki, Heydər Əliyev Sarayından start götürən möhtəşəm tədbir sonrakı günlərdə Fəvvarələr meydanında davam etdiriləcək.

Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr tamaşaçılara təqdim ediləcək. Diplomat qeyd edib ki, bu festival İndoneziya xalqının Azərbaycanda daha yaxından tanınmasına mühüm töhfə verəcək. İndoneziyadan iqtisadiyyat, turizm və digər sahələrin təmsilçiləri, musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalda iştirak edəcəklər.

Diplomat onu da vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin haqlı mövqeyini dəstəkləyir. İndoneziya parlamentinin sədri yaxın günlərdə Bakıda səfərdə olarkən bunu bir daha bəyan edib.

Tədbirdə iştirak edən İndoneziya parlamentinin nümayəndəsi Həsən Hüseyn ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edib. O deyib ki, dövlətlərarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrində də özünü göstərir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM