Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Andından dönmədi
Andından dönmədi
ANA SƏHİFƏ / Mədəniyyət
01:27 31.08.2019


Ruslan Muradov 1973-cü ildə Mingəçevirdə anadan olub. İlk təhsilini bu şəhərin 15 saylı orta məktəbində alıb. Ruslanı daha yaxından tanımaq üçün onun dostlarına, keçmiş komandirlərinə müraciət etdik. Amma ən yaxşı məlumatı özünün yazdığı gündəlikdən öyrəndik. Dostları, tanışları deyirlər ki, çox danışmağı sevmirdi. Amma mərdliyinə, inadkarlığına söz ola bilməzdi. Öz əhatəsində nüfuz qazanmağı da bacarırdı.

Ruslan gündəliyində qeyd edir ki, elə şeylər var onlardan pay, sədəqə olmur. Cəsarəti, düzgünlüyü, daxili inamı gərək özün qazanasan. Daha sonra cəbhəyə yola düşdüyü günləri xatırlayır: "Könüllü olaraq hərbi çağırış məntəqəsinə yollandım. Xahiş etdim ki, məni cəbhənin ən qaynar nöqtələrindən birinə göndərsinlər. Atamın, anamın bu hərəkətimdən xəbəri olanda mən artıq cəbhəyə yola düşmüşdüm. Bilirdilər ki, öz istəyimdə çox inadkaram, yəni geriyə yol yoxdur. Yurdumuzun bir hissəsi təhlükədə, düşmən tapdağında qalıbsa, biz də borcumuzu yerinə yetirməliyik. Bunun üçün heç kəsin müdaxiləsinə ehtiyac yoxdur”.

Bir neçə gün sonra Ruslanı cəbhənin Ağdam bölgəsinə göndərirlər. Onda Ağdamın Paprəvənd kəndi düşmən mühasirəsində idi. Vəziyyət çox mürəkkəb idi. Ruslan ilk əməliyyata bu kənddən başladı...

Ruslan Muradov gündəliyində yazır ki, bu vaxta qədər Ağdamda olmamışdım. Paprəvənd kəndini də görməmişdim. Amma düşdüyümüz vəziyyət tələb edirdi ki, ağır döyüşlərdə axıra qədər iştirak edək. Ən böyük köməyim o oldu ki, bu kənddə onlarla döyüşçünün daha təhlükəsiz yerlərə çatdırılmasına kömək etdim. Ağır döyüşlərin birində özüm də yaralandım. Amma qısa fasilədən sonra yenidən döyüşlərə girdim. Biz açıq-aşkar bilirdik ki, düşmənə öz havadarlarından çox böyük yardım gəlir. Onların silah-sursat ehtiyatı tükənmirdi. Qeyri-bərabər döyüş gedirdi. Amma biz öz gücümüzə inanırdıq. Ona görə də qətiyyən geri çəkilmirdik. Əksinə, düşmənə sübut etmək istəyirdik ki, bizim el-oba sevgimiz, torpaq qeyrətimiz hər şeydən güclüdür. Bilirdik ki, nə qədər müqavimət olsa belə, geriyə yol yoxdur.

Ruslanın gündəliyində oxuyuruq: "Ən çətin döyüşlərin birində düşmənə əsir düşmək təhlükəsi var idi. Amma biz əməliyyatları elə çevikliklə aparırdıq ki, düşmən istəklərinə asanlıqla çata bilmirdi. Apardığımız əməliyyatlar bizə kömək etdi ki, çətin döyüşlərdə düşmənin əhatəsindən uzaqlaşa bilək. Mən dostlarıma da, elə komandirimə də açıq-aşkar demişdim ki, əgər əsir düşmək təhlükəsi yaransa, öz canıma qıymağa hazıram. Açığını deyim ki, bizi bu ruhda, bu əhvalda tərbiyə etmişdilər. Ona görə də andımızdan, inamımızdan dönə bilməzdik...”

Bu sətirlərin müəllifinin heç 19 yaşı tamam olmamışdı. Amma onun düşüncələrində, təfəkküründə bir yetkinlik var idi. Hiss edirsən ki, aldığı tərbiyə, təhsil onu belə böyüdüb. Hər şeylə asanlıqla barışmır. Elə anasına yazdığı məktubda da çox şeyləri cəsarətlə etiraf edirdi. Onların zəhmətini, əziyyətini qədərincə qiymətləndirirdi. Amma son qərarı bu olur ki, torpağın, elin, obanın taleyi heç vaxt zərrə qədər də güzəşt sevmir. Ruslan yazır ki, "mənim də böyük arzularım, istəklərim vardı. Hələ sevdiyim alagözlü bir qız da. Amma elə məqamlar var ki, onları heç nə ilə dəyişmək olmur. Biz cəbhə bölgəsinə yola düşəndə bilirdik ki, hiyləgər düşmənlə üz-üzəyik. Onları öz torpaqlarımızdan təmizləməliyik”.

Ruslan Muradov Mingəçevirdə orta təhsilini başa vurandan sonra istehsalatda çalışmışdı. Zəhmətdən, halal yaşamaqdan zövq alırdı. Ermənilər torpaqlarımızı zəbt etməsəydi, Ruslanın görəcəyi işlər çox idi. Azərbaycan polisinin sıralarında qulluq etmək istəyirdi. Bunun üçün onun bacarığı da vardı, tələb olunan fiziki hazırlığı da. Amma düşmən onu Paprəvənd uğrunda gedən döyüşlərin birində ağır yaraladı. Və bundan sonra Ruslan cəbhəyə geri dönə bilmədi...

Dostları, əhatəsində olan yaxınları onun nə qədər hünərli, çevik bir döyüşçü olduğunu dönə-dönə xatırlayırlar. Deyirlər ki, onun çevikliyi bizim hər birimizə örnək və nümunə idi. O, həm özünə sevgi yaradırdı, həm də bizi döyüşə ruhlandırırdı.

Azərbaycanda belə qəhrəman oğulların sayı çoxdur. Amma yaşına, cüssəsinə görə bəlkə də ən kiçiyi Ruslan idi. Görəcəyi işləri sadalayanda adam hiss edirdi ki, onun tükənməyən enerjisi, gücü, qüdrəti var. Bütün bunları vətən uğrunda, xalq yolunda sərf etmək istəyirdi. Özü dəfələrlə demişdi ki, bizim bu yolda qazancımızla itkilərimiz arasındakı mütənasiblik pozula da bilər. Amma belə şeylərdə ruhdan düşməməliyik. Əksinə, yeni qüvvə ilə, yeni güclə döyüşləri davam etdirməliyik. Biz ölməyə yox, öldürməyə meyilliyik. Düşmən bizi belə böyüməyə məcbur etdi.

Bu gün Mingəçevirdə 15 saylı orta məktəb Ruslanın adını daşıyır. Hələ neçə-neçə nəsillər onun cəsarətindən, qəhrəmanlığından danışacaq, ona bənzəməyə çalışacaq.

O məktəbin həyətində bu gün də Ruslan hamıdan uca, hündür görünür. Özü də boy-buxununa görə yox, yalnız əqidəsinə, əməllərinə görə...

Nə yaxşı ki, bizim döyüş ənənələrini belə cəsarətli oğullar yaşadır. Bunu təkcə biz yox, düşmən də açıq-aydın hiss edir. Hiss edir ki, bu oğullar asanlıqla məğlub olmayacaq. Gələn nəsil onların ənənələrini, başladıqları şərəfli işi uğurla davam etdirəcək.

Bu xalqın öz ənənələri var. Elə nəsillər də bundan faydalanır, gələcəyə ümidlə baxır. Düşmən isə bu baxışlar qarşısında çaş qalır. Ruslan bütün bunları aydınlığı ilə anlayırdı. Deyirdi ki, bu gün ciddi qələbələrimiz olmasa da, düşməni niyyətindən geri çəkindirməyə gücümüz çatar. Elə buna görə də biz sabahın uğurlarına inanırıq. İnanırıq ki, bu xalq asanlıqla doğma yurdundan, doğma ocağından ayrılmayacaq...

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM