30 Avqust 2019 12:59
431
DÜNYA
A- A+

ABŞ Əfqanıstanda 8600 hərbi qulluqçu saxlayacaq


ABŞ Prezidenti Donald Tramp avqustun 29-da elan edib ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması qərarına baxmayaraq, orada 8600 hərbi qulluqçu saxlamağı planlaşdırır.

D.Tramp "Fox News Radio”ya müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı qoşunlarının sayını azaldaraq 8600 hərbi qulluqçuya çatdıracaq, sonra gələcək addımlar barədə qərar qəbul edəcək.

Prezident deyib: "Biz orada müharibə aparmırıq. Biz sadəcə polisik. Əgər mən 10 milyon adam öldürmək istəsəydim, onda bu müharibəni sürətlə udardım. Mən bu ölkənin əhalisinin böyük hissəsini öldürməyə hazırlaşmıram”.

Hazırda Əfqanıstanda təqribən 14 min Amerika hərbi qulluqçusu var. Onlar İŞİD və "Əl-Qaidə” terrorçu qruplaşmalarına qarşı antiterror əməliyyatlarının aparılmasında Əfqanıstanın hərbi qüvvələrinə kömək edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video