Alternative content

10:07 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ”ın bu mövsüm avrokuboklarda qazandığı məbləğ bəlli olub
“Qarabağ”ın bu mövsüm avrokuboklarda qazandığı məbləğ bəlli olub
ANA SƏHİFƏ / İDMAN
10:13 30.08.2019
Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda 1:2 hesabı ilə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 2,92 milyon avro mükafat da əldə edib.

AZƏRTAC xəbər verir ki, UEFA analoji uğura imza atan bütün komandalara eyni məbləğdə pul verəcək.

Ağdam təmsilçisi bunadək UEFA Çempionlar Liqasında 1-ci, 2-ci və 2-cü təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280, 380 və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib.

Qeyd edək ki, UEFA-nın 2019-2020-ci il avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandıran klublar arasında 30 milyon avro bölüşdürülüb və hər bir kluba 5 milyon avro çatıb.

UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşən 32 klubun hər biri 15,25 milyon avro qazanıb. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.

Səkkizdəbir finala çıxanlar hərəyə 9,5 milyon avro, dörddəbir finalçılar 10,5 milyon avro, yarımfinalçılar isə 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

UEFA Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə isə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, səkkizdəbir final iştirakçıları 1,1 milyon avro, dörddəbir finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM