Alternative content

18:43 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq
Süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq
ANA SƏHİFƏ / Elm və texnika
16:35 29.08.2019
Süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Sərvər Şirinov deyib. O bildirib ki, sürətlə dəyişən dünyamız, modern düşüncə, intellektual bilik, nanotexnoloji yeniliklər bizi meqadəyişmələr və çevrilmələr erasına qovuşdurub. Artıq müasir dünya real fikir, real ideya və fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onların ədəbiyyatı, incəsənəti, mədəniyyəti də qəm-kədərdən uzaqlaşmaq missiyasını yerinə yetirməyə çalışır. Zamanla ayaqlaşmaq istəyən yaradıcı insanın fəlsəfi düşüncə tərzi sağlam, intellektual səviyyəsi isə yüksək olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi bu dəyişmələrə, elmi-texniki yeniliklərə adekvat ola bilmir. Çünki dəyişikliklər elə böyük sürətlə baş verir ki, hər beşillik və onilliklər arasında texnoloji inkişaf baxımdan böyük bir "kanyon” yaranır. Bəşər övladı isə bu yeniliklərə hazır olmadıqda, bu inkişafın bir hissəsinə çevrilmədikdə böyük problemlər baş verir. Buna görə də insan düşüncə olaraq, ideya olaraq daim yenilənməli, özünü "refreş” eləməlidir.

Tədqiqatçının sözlərinə görə, dünya kəşf etmək arzusunda, məntiqi, rasional düşüncənin təməlində yüksəlir. Süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, biometriya, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, eləcə də humanitar və ictimai elmi istiqamətlər üzrə fundamental və tətbiqi tədqiqatlar yüksək səviyyədə inkişaf dinamikası içindədir. Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib, ona hakim kəsilib. Texnologiya ilə dəyişən insan yaratdığı süni intellektlə durmadan inkişaf edir. Kiberbiotexnoloji inqilablar dalğası insanın mexaniki qurğu ilə birləşməsi – "cyborg” yaratmaq tendensiyasını ortaya qoyub (ingilis dilində "cyberneticorganism” sözlərinin qısaldılmış formasından düzəlib. Neil Harbisson ilk rəsmi Siborqdur). Gen dəyişikliyi üzrə yeni texnologiyalar yaradılıb: CRISPR/Cas9. Yəni insan artıq DNT-nin əsiri deyil.

S.Şirinov bu və ya digər meqadəyişmələrin ünsiyyət vasitəsi kimi dilə təsir edəcəyini də söyləyib. Bildirib ki, bu dəyişikliklər süni intellektin ünsiyyət dilinin yaranacağını göstərir. Bunun ilk qığılcımları da artıq mövcuddur. "Facebook” şəbəkəsinin süni intellektlə işləyən çat botları öz dillərini yaratmış və danışmışlar. Belə ki, FAIR ("Facebook”un Süni İntellekt Araşdırma Laboratoriyası / Facebook AI Research) tədqiqatçıları tərəfindən yaradılan söhbət botları öz dillərini yaratdıqdan sonra həmin proqram söndürülüb. FAIR-də çalışan elm adamlarının süni intellektə sahib olan çat botların bunu necə etdiklərinə dair hələlik konkret bir məlumatı yoxdur. Amma süni intellektin nə danışdığını biliblər. Süni intellekt fikri daha sürətlə ifadə etməyə hesablanır. "Facebook” çat botları öncə ingilis dilində ünsiyyətdə olsalar da, sonradan sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Süni intellekt dili təbii dillə müqayisədə sintaktik quruluşuna görə sadələşəcək. Yəni fikrin ifadəsində mürəkkəb konstruksiyalı cümlələr nəzərə çarpmayacaq. Zəka o qədər güclü olacaq ki, "arifə bir işarə kifayət edəcək”.

"Süni intellektin öz aralarında yaratdığı ünsiyyət dili zamanla təbii dili sıxışdıraraq qlobal dil səviyyəsində müəyyənləşəcək. Ümumiyyətlə, insan zəkasının inkişafı göstərir ki, ideyalar, fikirlər təbii dil olmadan da anlaşıla biləcək. Yəni gələcəkdə təbii dilə ehtiyac qalmayacaq. Belə ki, ünsiyyət modeli (dinləyib-anlama və danışma, oxu-yazı) dəyişdikdən sonra təbii dil tarixə qovuşacaq və informasiya mübadiləsi beyinlə birbaşa əlaqə üsulları ilə həyata keçiriləcək”, - deyə S.Şirinov əlavə edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM