Alternative content

04:02 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək
ANA SƏHİFƏ / İDMAN
10:29 29.08.2019

Avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2019-2020-ci il mövsümü üzrə püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək. Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Turnirin yeni reqlamentinə əsasən, 26 komanda qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Qalan 6 komanda isə seçmə mərhələsindən qoşulub.

Qrup mərhələsini qalib kimi başa vuran 8 komanda qrup ikinciləri ilə qarşılaşdırılacaq. Səkkizdəbir final mərhələsində eyni ölkəni təmsil edən komandaların görüşü UEFA-nın reqlamentinə əsasən mümkün deyil.

Qaydalara görə, komandaların adları dörd səbətə yerləşdirilib.

Birinci səbətdə UEFA Çempionlar Liqasının ("Liverpul”) və UEFA Avropa Liqasının ("Çelsi”) qalibi və UEFA-nın ən yüksək reytinqinə sahib olan altı ölkənin çempionları qərarlaşıb.

Bölgü belədir:

1-ci səbət: "Liverpul” (İngiltərə - hazırkı çempion), "Çelsi” (İngiltərə - UEFA Avropa Liqasının qalibi), "Barselona” (İspaniya), "Mançester Siti” (İngiltərə), "Bavariya” (Almaniya), "Yuventus” (İtaliya), "Paris Sen-Jermrn” (Fransa), "Zenit” (Rusiya).

2-ci səbət: "Real Madrid” (İspaniya), "Atletiko” (Madrid, İspaniya), "Borussiya” (Dortmund, Almaniya), "Napoli” (İtaliya), "Şaxtyor” (Donetsk, Ukrayna), "Tottenhem” (İngiltərə), "Ayaks” (Hollandiya), "Benfika” (Portuqaliya).

3-cü səbət: "Lion” (Fransa), "Bayer” (Leverkuzen, Almaniya), "Zaltsburq” (Avstriya), "Olimpiakos” (Yunanıstan), "Brügge” (Belçika), "Valensiya” (İspaniya), "İnter” (İtaliya), "Dinamo” (Zaqreb, Xorvatiya).

4-cü səbət: "Lokomotiv” (Moskva, Rusiya), "Genk” (Belçika), "Qalatasaray” (Türkiyə), "Leypsiq” (Almaniya), "Slaviya” (Praqa, Çexiya), "Srvena Zvezda” (Serbiya), "Atalanta” (İtaliya), "Lill” (Fransa).

Tədbir zamanı ilin ən yaxşı kişi və qadın futbolçusu, 2018-2019-cü il mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçusu da açıqlanacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 17-18-də, oktyabrın 1-2-də, oktyabrın 22-23-də, noyabrın 5-6-da və 26-27-də, dekabrın 10-11-də keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM