Alternative content

16:24 18 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 43 yeni məktəb
43 yeni məktəb
ANA SƏHİFƏ / Təhsil
01:07 29.08.2019


Növbəti tədris ili üçün isə 253 məktəb təmir olunacaq


2019-2020-ci tədris ilində ölkə üzrə 164234 şagirdin I sinifdə təhsil alacağı proqnozlaşdırılır. Onlardan 147458-i Azərbaycan, 15852-i isə rus bölməsidir.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.


1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb


Son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilib, 2017- 2018-ci illərdə 243 belə məktəb quraşdırılıb. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanan sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir nümunəsidir. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən 2019-2020-ci tədris ilinin əvvəlində nazirlik tərəfindən 43 məktəb binasının şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. 2019-cu ildə respublika üzrə 253 məktəb cari təmir olunacaq.


322 adda dərslik və metodik vəsait çap edilib


2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərsliklərin sentyabrın 6-dək şagirdlərə çatdırılması nəzərdə tutulur.

Müasir tələblərə cavab verən dərsliklərin hazırlanması məqsədilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutunda yaradılmış Tədris resursları Mərkəzində baza (ehtiyat) dərsliklərin hazırlanmasına başlanılıb. Artıq həmin mərkəz tərəfindən ümumtəhsil müəssisələrinin 1-ci sinifləri üçün "Azərbaycan dili (tədris dili)” və "Riyaziyyat” fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb. Bu dərsliklər 2018-2019-cu tədris ilindən başlayaraq seçilmiş 100 məktəbin pilot siniflərinin sınaq istifadəsinə verilib. Sınaq istifadə qarşıdan gələn 2019-2020-ci tədris ilində də davam etdiriləcək. Proses hələ ki ümumtəhsil müəssisələrinin 1-ci siniflərini yalnız 2 fənn üzrə əhatə edir. Növbəti illərdə bu dərsliklərin siyahısı genişləndiriləcək və ardıcıl olaraq digər təhsil dövrləri üçün yuxarıda təsvir edilən analoji prosedurlardan keçiriləcək. Hazırlanan dərsliklər Azərbaycanda qüvvədə olan təhsil proqramlarına (kurikulumlarına) adaptasiya edildikdən sonra onlar ekspertiza ediləcək, sınaq istifadəyə veriləcək, nəticələr mütəxəssislər tərəfindən təhlil ediləcək, dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparıldıqdan sonra onlar kütləvi istifadəyə veriləcək.


Paytaxt məktəblərində də təmir-tikinti işləri aparılır


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən verilən məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 47 minə yaxın sorğu yerləşdirilib. Onlardan 43 mindən çoxu ümumi təhsil məktəblərini, 3 mindən çoxu isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.

Hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir. Bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur. Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri aparılır.

Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.

Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.

Hazırda həyata keçirilən təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.


5 yaşlı uşaqların 90 faizinin məktəbəhazırlığa cəlb olunması üçün imkan yaradılıb


Məktəbəhazırlıq qrupları üzrə məlumat verən qurum rəsmisi bildirdi ki, dövlət ümumi təhsil müəssisələrində sözügedən qruplar 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarına qəbul 4-cü tədris ilidir ki, elektron sistem vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə edirdisə, 2016-2017-ci dərs ilində bu göstərici 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddinə çatdırılıb. 2019-2020-ci dərs ilində isə 5 yaşlı uşaqların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün imkan yaradılıb.

2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 261 məktəb üzrə 839 qrupa 23 130 uşaq, 2017-2018-ci dərs ilində 263 məktəb üzrə 868 qrupa 24 209 uşaq, 2018-2019-cu dərs ilində isə 264 məktəbdə 917 qrup üzrə 23 799 uşaq cəlb edilib. 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması nəzərdə tutulur.

Yeni dərs ilində də tədrisin təşkili işinin səmərəliliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli iş aparılacaq. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş zəruri tədbirlərin reallaşdırılması, təhsil müəssisələrinin idarəetmə məsələlərinə xüsusi diqqət yetirilməsi, şagirdlərin təlim nailiyyətlərinin daha da yaxşılaşdırılması, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, istedadlı şagirdlərin stimullaşdırılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM