Alternative content

21:50 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli və bəşəri dəyərlərin böyük hamisi
Milli və bəşəri dəyərlərin böyük hamisi
ANA SƏHİFƏ / SİYASƏT
01:02 29.08.2019


XXI əsr elmi-texniki və mədəni tərəqqinin sürətli mərhələyə qədəm qoyması ilə səciyyəvidir. Özlüyündə mütərəqqi mahiyyət kəsb edən bu proses bəşəriyyəti müəyyən arzuolunmaz problemlərlə də üzləşdirir. Təzad bundadır ki, müxtəlif elm sahələrində heyrətamiz ixtira və kəşflər edən, müasir texnologiyalar yaradan insan bəzən bu yeniliklərin doğurduğu fəsadları aradan qaldırmaqda aciz qalır. Bu "sürprizlər” isə insanların təkcə fiziki sağlamlığına deyil, həm də mənəvi-psixoloji durumuna qarşı yönəlir.

Bu gün nə qloballaşma proseslərinin, nə də elmi-texniki tərəqqinin qarşısına sipər çəkmək mümkündür. Mümkün və həm də zəruri olan bu proseslərin doğurduğu çeşidli problemləri əvvəlcədən müəyyənləşdirərək qabaqlayıcı tədbirlər görmək, cəmiyyətin zərər çəkməsinə yol verməməkdir. Bu qlobal problem hazırda bütün dünya alimlərini səylərini birləşdirməyə, insanların normal fiziki, sosial, mənəvi yaşam tərzinə yönələn açıq təhdidlərə qarşı səmərəli mexanizmlər üzərində düşünməyə məcbur edir. Elmi ictimaiyyətlə yanaşı bu gün "üçüncü sektor”un təmsilçiləri - qeyri-hökumət təşkilatları da qlobal çağırışlara cavab verərək bəşəri səviyyədə aktual olan ekoloji, tibbi, texnoloji və s. problemlərin həllində təşəbbüskarlıq göstərməyə çalışırlar.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Mənəviyyatı maddiyyatdan üstün tutan belə dəyərli ziyalılarımız müxtəlif dövrlərdə yaşasalar da, milli ləyaqət hissinə sadiq qalmış, xeyirxahlıq ənənələrini yaşatmağa, daha da zənginləşdirməyə çalışmışlar.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin möhkəmlənməsinə, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərimizin qorunmasına çalışan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq ötən 15 ildə cəmiyyətin tərəqqisinə xidmət edən strateji əhəmiyyətli layihələri əzmlə həyata keçirmişdir.

Ümumi şəkildə deyilsə, fondun başlıca məqsədləri həm də xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək; elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq; milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq; respublikanın beynəlxalq nüfuzunu daha da artırmaq; milli həqiqətləri dünyaya çatdırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq qurumun məqsədləri sırasında mühüm yerlərdən birini tutur.

Fondun Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fəaliyyəti də bəşəri miqyasda rəğbətlə qarşılanır. Son illər UNESKO, ISESCO, UNICEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələrək idarəetmə sistemində mühüm yenilik olmuşdur. Məsələ burasındadır ki, islahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün kifayət qədər aktualdır. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən cənab İlham Əliyevin son illərdə yürütdüyü məqsədyönlü siyasət bu mənada təkcə qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir.

Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Xalqın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.

2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkilərindən dərhal sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Başqa sözlə, son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi 2 illik uğurlu fəaliyyəti islahatlar prosesinin daha da sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə meyilliliyi, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəltmişdir. Mehriban xanım Əliyevanın da yaxından iştirakı ilə inkişafın əsasını müəyyən edən idarəetmənin modern əsaslarla aparılması, situasiyaların səmərəli idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir.

Müsahibələrinin birində Azərbaycanın Birinci vitse-prezidenti, YAP sədrinin müavini Mehriban xanım Əliyeva idarəetməyə yeni islahatçı baxışını özünəməxsus şəkildə ifadə edərək rəhbər şəxsdə vacib keyfiyyətlərin olmasını önə çəkmişdir: "Düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli - bəli, prinsipial - bəli, iradəli - bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görür, hər şeyi anlayırlar”.

İlk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsinə həsr etməsi bir daha təsdiqləmişdir ki, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli Azərbaycanın Birinci vitse-prezidentinin diqqət mərkəzindədir.

Heydər Əliyev Fondunun son 15 ildəki uğurlarını şərtləndirən ən mühüm amillərdən biri də insana olan yüksək münasibət və qayğıdır. Fondun son 15 illik fəaliyyətində Ümummilli Liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu "ümid qapısı” kimi məhz bu ünvanı döyürlər. Bu mənada fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur.

Fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlər barədə qısaca bunları deyir: "Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri həm də Azərbaycanın bəşəri miqyasda tanınmasına, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşmasına, həmçinin respublikamızın beynəlxalq miqyaslı tədbirlərinin təşkilatçısına çevrilməsinə xidmət edir. Azərbaycanın birinci xanımı Avropa siyasi leksikonunda ölkə həqiqətlərini dünyaya çatdırır. Çıxışlarında bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal problemlərin birgə həllinə səsləyən qlobal çağırışların yer alması ölkənin birinci xanımının timsalında Azərbaycan qadını haqqında dolğun təsəvvür formalaşdırır. Qadınlarımıza xas nəcibliyi, zəngin daxili mədəniyyəti, ziyalılığı, humanizmi, kübarlığı təcəssüm etdirir. Ümumilikdə, Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni səhifələrini yazır.

Fondun prezidentinin ötən 15 ildə əsas fəaliyyət istiqamətlərindən biri də cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafıdır. Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqə olur. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən əksər dövlətlər həssas sosial təbəqələrin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları himayəsinə götürürlər. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən əsaslı dövlət kapital qoyuluşları xüsusi çəkiyə malikdir.

Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb, sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına xidmət edir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, humanizm ideyalarının təşviqi də fondun fəaliyyətində əsas istiqamətlərdən biridir. Hələ Milli Məclisin deputatı olduğu dönəmdə - 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Amnistiya qanunverici tərəfindən humanizm və mərhəmət hissinin mücəssəməsi olub, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir, onları islah edir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir.

Heydər Əliyev Fondunun gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi də mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

Fondun "Diabetli uşaqlara ən yüksək qayğı” və "Talassemiyasız həyat naminə” layihələri də cəmiyyətdə böyük rəğbətlə qarşılanmış, bu xəstəliklərdən əziyyət çəkən insanların, ələlxüsus da körpələrin və uşaqların şəfa tapmasına, pulsuz müayinə və müalicə almasına imkan yaratmışdır. Azərbaycanın birinci xanımının dəstəyi ilə ölkədə bir sıra yeni tibb müəssisələri, o cümlədən Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə verilmişdir.

Beynəlxalq miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ, Türkiyə, Rumıniya və digər ölkələrdə filialları olan fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən, o cümlədən zəlzələdən ziyan çəkən insanlara da yardımlar etmişdir. Pakistanda zəlzələdən ziyan çəkən insanlara humanitar yardımın göstərilməsi bu missiyanın Azərbaycanın hüdudları ilə məhdudlaşmadığını göstərir. Həmin tədbirlərin davamı olaraq 2012-ci il iyunun 14-də - Beynəlxalq Donorlar Günündə Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili, habelə 2 min qanköçürmə paketi təqdim edilmişdir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş və aradan qaldırılması üçün konkret işlər görülmışdır.

UNESKO və ISESCO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti isə 90-cı illərin ortalarından başlayır. O, hələ 1995-ci ildən "Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. Həmin vaxtdan musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESKO çərçivəsində qeyd edilməsi bu qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, "Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESKO çərçivəsində böyük təntənə ilə qeyd edilmişdir.

Heydər Əliyev Fondunun rəhbərinin böyük səyləri və nüfuzu sayəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Şəki şəhərinin tarixi mərkəzi və Xan Sarayı UNESKO-nun Dünya İrsi Siyahısına, Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətləri, Novruz bayramı, dolma, lavaş və kəlağayı, Lahıc misgərlik sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, çövkən oyunu isə UNESKO-nun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını isə yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir. Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayının, Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Orta əsr Azərbaycan əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək vermişdir.

Heydər Əliyev Fondunun fəaliyyətində milli təhsil sisteminin müasirləşdirilməsinə, intellektual tərəqqiyə dəstək layihələri də xüsusi yer tutur. Şübhəsiz müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə daha 100 ədəd, umumilikdə 300-dən çox yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Azərbaycanın Birinci vitse-prezidentinin cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Fondun "Təhsilə dəstək” layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

Ölkəyə rəhbərlik etdiyi son 16 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək "Biz müdafiədə deyil, hücumda olmalıyıq!” deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə son dərəcə sevindiricidir. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar da mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu "Qarabağın tarixi haqqında məlumat”, "Qarabağ münaqişəsinin başlanması”, "Xocalı soyqırımı”, "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Son 15 ildə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada, ABŞ-da filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla xanım Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət!” Beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Yeni Azərbaycan Partiyasının sədr müavini və Azərbaycanın Birinci vitse-prezidentinin bəşəri ideallara sadiqliyi, habelə qlobal problemlərin həllinə sanballı töhfələr vermək əzmi ölkəmizin beynəlxalq səviyyədə mənafelərini təmin edir. Mehriban xanım Əliyeva son iki ildə dövlət idarəçiliyində üzərinə götürdüyü şərəfli və məsuliyyətli missiya ilə Azərbaycanın dünyadakı nüfuz və mövqelərini daha da möhkəmləndirir, onun demokratik dəyərlərə bağlı multikultural və tolerant ölkə kimi tanınmasını təmin edir. Xüsusi vurğulamaq lazımdır ki, I Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə təşkilat komitələrinə uğurla rəhbərlik etmiş Mehriban xanım Əliyeva ölkəmizin idman və əlverişli turizm məkanı kimi tanınmasını da təmin etmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva dəyərli vaxtını, enerjisini insanların rifahına, firavanlığına, ali bəşəri dəyərlərin təbliğinə sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir. Bu fəaliyyətin fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim ön plandadır. Şübhə yoxdur ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirəcək, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfəsini verəcəkdir.

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM