28 Avqust 2019 19:40
430
DÜNYA
A- A+

Erməni siyasətçi: xalqın oyanışı Paşinyan üçün təhlükəli həddə çatıb


Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi David Şahnazaryan iddia edib ki, erməni xalqının oyanışı Nikol Paşinyanın hökuməti üçün təhlükəli həddə çatıb. O qeyd edib ki, milyarder Corc Sorosun qrantından istifadə edən beynəlxalq təşkilatlar Ermənistanda baş vermiş "məxməri inqilabı” Dağlıq Qarabağda da (Azərbaycanın işğal edilmiş ərazisində - AZƏRTAC) həyata keçirməyə çalışırlar. Siyasətçinin sözlərinə görə, bu proseslərə orada keçiriləcək seçkilərin müşahidə missiyası tərəfindən rəvac veriləcək.

D.Şahnazaryan bildirib ki, Dağlıq Qarabağda "məxməri inqilab” bu yaxınlarda hökumətdən 33,6 milyon dram qrant almış erməni təşkilatı və məşhur "Transparency International” tərəfindən həyata keçiriləcək. O diqqətə çatdırıb ki, korrupsiya ilə mübarizə apardığını qeyd edən bu beynəlxalq təşkilatın seçkilərin müşahidəsi ilə məşğul olması ən azından heyrət doğurur. Siyasətçi xatırladıb ki, sabiq prezident Sarkisyanın da istefasında Yerevan-Qarabağ kartları oynanılıb. "Qarabağda hakimiyyətin Yerevana müqavimət göstərdiyini görən Paşinyan orada özünün mənafeyinə uyğun rejim yaratmaq üçün yuxarıda göstərdiyim təşkilatların köməyinə müraciət edib”, - deyə siyasətçi vurğulayıb.

Erməni siyasətçi əlavə edib ki, guya məramı korrupsiya ilə mübarizə olan "Transparency International” Paşinyan hökumətində baş verən bu cür hallar barədə bir kəlmə belə deməyib. O deyib: "Açıq-aşkardır ki, əvvəl mövcud olan korrupsiya mexanizmləri nəinki aradan qaldırılmayıb, hətta onları daha da təkmilləşdiriblər. Yeni hökumət ən azı daha üç yeni mexanizm yaradıb”. Şahnazaryanın sözlərinə görə, indi Paşinyanın həyat yoldaşı tamamilə qeyri-şəffaf fondlar yaradır, onun adamları iri və orta biznes nümayəndələrinə qarşı reketçilikdən istifadə edirlər. O, istehza ilə xatırladıb ki, beynəlxalq təşkilatın adında olan "transparency” kəlməsi məhz "şəffaflıq” deməkdir.

Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı onu da bildirib ki, Ermənistan hökuməti "inqilab” adı altında ölkədə vətəndaş cəmiyyətini məhv edib. Məsələn, mətbuat azadlığının qorunması ilə məşğul olan təşkilatlar müstəqil medianı boğmağa başlayıblar.

Erməni siyasətçi ölkə vətəndaşlarını beynəlxalq təşkilatların fəaliyyətini nəzarətdə saxlamağa çağırıb və onları maliyyələşdirən Corc Soros fondunun rəhbərinin bu ölkədə "məxməri inqilab”a kömək etdikləri barədə bəyanatını xatırladıb. O, hüquq-mühafizə orqanlarını da beynəlxalq təşkilatların ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı tədbirlər görməyə, onların fəaliyyətini qadağan etməyə səsləyib, Paşinyan hökumətini isə vətəndaşların vergiləri hesabına qondarma Qarabağ respublikasında özünə sərf edən rejim qurmaqda təqsirləndirib. Siyasətçi əlavə edib ki, bu cür oyunların Ermənistan hökuməti üçün ağır nəticələri olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video