Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq artisti Emin Ağalarov Peterburqun İncəsənət meydanında çıxış edəcək
Xalq artisti Emin Ağalarov Peterburqun İncəsənət meydanında çıxış edəcək
ANA SƏHİFƏ / Mədəniyyət
15:22 28.08.2019

Sankt-Peterburq şəhərinin sakinləri və qonaqları avqustun son günündə İncəsənət meydanında keçiriləcək Drezden Opera balına dəvətlidirlər. Musiqi şousunun kulminasiya nöqtəsi Rusiya və Azərbaycan müğənnisi Emin Ağalarovun çıxışı olacaq.

AZƏRTAC "Nevskie novosti” saytına istinadla xəbər verir ki, Azərbaycanın Xalq artisti, "Crocus Group” holdinqinin vitse-prezidenti Emin Ağalarov Sankt-Peterburqda keçiriləcək Drezden Opera balının açıq meydançasında musiqisevərlərin qarşısına çıxacaq. Bu barədə tədbirin təşkilatçıları bildiriblər.

Peterburqlular və şəhərin qonaqları üçün festival Mixaylov Teatrı ilə Akademik Filarmoniya arasında yerləşən İncəsənət meydanında keçiriləcək. Müğənni deyib: "Sankt-Peterburq şəhərinin bütün sakinlərinə müraciət etmək istəyirəm: şouya baxmağa gəlin və biz şəhərinizi dünyanın ən gözəl və işıqlı məkanına çevirəcəyik. Sürprizlərlə və gözlənilməz əyləncə ilə dolu bu möhtəşəm gecəni İncəsənət meydanında bizimlə birlikdə keçirin”.

Sayt yazır ki, artist 2012-ci ildə Bakıda keçirilən "Eurovision” beynəlxalq mahnı müsabiqəsinin xüsusi qonağı olub. O, həmin ildə "İlin ən yaxşı yeni artisti” nominasiyasında "Grammy” beynəlxalq mükafatına layiq görülüb. Bundan başqa, Emin bir çox digər mükafatların da sahibidir.

Arzu edənlər qonaqların qırımızı xalı üzərindən VIP keçidi mərasimini də izləyə biləcəklər. Bundan sonra onlar konsertin translyasiyasına baxacaq və musiqi festivalının şousundan zövq alacaqlar. Tədbirin aparıcıları məşhur "Taxt-tac oyunları” seriyalında rol almış artistlər Oksana Fyodorova və Tom Vlaşixa olacaq. Həmçinin, cazın əfsanəvi ifaçısı İqor Butman və Almaniyanın "Çingizxan” pop-qrupu da səhnəyə çıxacaqlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM