Alternative content

03:28 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxana Direktorları Konfransının növbəti iclası Yunanıstanın Afina şəhərində keçirildi
Milli Kitabxana Direktorları Konfransının növbəti iclası Yunanıstanın Afina şəhərində keçirildi
ANA SƏHİFƏ / Elm və texnika
10:08 28.08.2019

Milli Kitabxana Direktorları Konfransının növbəti illik iclası avqust ayının 27-də İFLA Dünya Kitabxana və İnformasiya Konqresi çərçivəsində Yunanıstanın Afina şəhərində Stavros Niarchos Fondu Mədəniyyət Mərkəzində keçirilmişdir. Tədbirin əsas mövzusu "Gələcək nəsil" olmuşdur. Milli Kitabxana Direktorları Konqresinin illik iclasında Azərbaycan Milli Kitabxanasını direktor müavini Ədibə İsmayılova təmsil etmişdir.
İFLA prezidenti Qloriya Perez-Salmeron, Milli Kitabxana Direktorları Konfransının sədri Lily Knibbeler və Yunanıstan Milli Kitabxanasının Baş direktoru Filippos Tsimpoglou qonaqları salamladıqdan sonra Milli Kitabxanalar Daimi Komitəsinin hesabatı dinlənilmişdir. İllik iclasda "Milli Kitabxanalar bu gün və gələcəkdə niyə vacibdir?”, "Dünya Milli Kitabxanalarının funksiyaları və fəaliyyətinin vizuallaşdırılması", "Cənclərin mütaliəyə marağını artırmaq məqsədilə Milli Kitabxanalarda həyata keçirilən layihələr" mövzularnda təqdimatlar olmuş, diskussiyalar aparılmışdır. Diskussiyaların əsasında videolar hazırlanmışdır. Müzakirələrdə gənclərin mütaliə maraqlarının artmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan "Açıq Kitabxana" layihəsi müsbət rəy almışdır.
Yekun olaraq Miili Kitabxana Direktorları Konfransının sədri xanım Lily Knibbeler 2019-cu ildə görülən işlər haqqında hesabat vermişdir. İllik iclasdan sonra Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglou qonaqları Milli Kitabxananın yeni binası ilə tanış etmişdir və xatirə şəkli çəkilmişdir.
Axşam saatlarında iclas iştirakçıları İFLA Dünya Kitabxana və İnformasiya Konqrensi iştirakçıları üçün nəzərdə tutulmuş Mədəniyyət proqramına qatılmışlar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM