Alternative content

04:02 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib
UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
10:01 28.08.2019

Avqustun 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın "Krasnodar” klubu doğma meydanda Yunanıstanın "Olimpiakos” klubuna ikinci dəfə məğlub olub - 1:2.

İsveçrənin "Yanq Boyz” klubu Serbiyada "Srvena Zvezda” ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən Serbiya təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Bu klublar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.

Günün üçüncü qarşılaşması isə Norveçdə oynanılıb. "Rusenborq” Xorvatiyanın "Dinamo” kollektivini qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu klublar arasında ilk qarşılaşma 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.

Beləliklə, "Srvena Zvezda”, "Olimpiakos” və "Dinamo” qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, "Ayaks” – APOEL (0:0), "Brügge” – LASK (1:0) və "Slavia Praqa” – "ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda olacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM