Alternative content

01:05 13 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:25 13.12.2019 BİZ İNSANIQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 167 yeni növ məhsul, 10 milyard dollarlıq ixrac
167 yeni növ məhsul, 10 milyard dollarlıq ixrac
ANA SƏHİFƏ / SİYASƏT
01:04 28.08.2019


Prezident İlham Əliyevin "Made in Azerbaijan” brendinin təşviqinə dair qəbul etdiyi qərarlarla ölkəmiz dünyanın 170-dən çox dövləti ilə ticarət əlaqəsi yaradıb


Bir zamanlar iqtisadiyyatının əsas hissəsi idxaldan asılı olan Azərbaycan bu gün həm neft-qaz, həm də qeyri-neft məhsulları ixracatçısı kimi tanınır. Ölkəmiz dünya bazarına "Made in Azerbaijan” brendi ilə müxtəlif çeşiddə məhsullar ixrac edir. Hazırda dünyanın 170-dən çox dövləti ilə münasibət yaradan Azərbaycan xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyini daha da təkmilləşdirir.

Son 16 ildə Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusən də Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində qəbul etdiyi qərarlar öz bəhrəsini verməkdədir. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrdə ticarət evləri açılır, ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur.

Həyata keçirilən islahatlar geniş vüsət aldıqca, Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır. Bunun müqabilində yeni ticarət müqavilələri bağlanır. Statistik göstəricilərə nəzər yetirsək görərik ki, "Azexport” portalının fəaliyyəti sayəsində ixrac edilən məhsulların həm coğrafiyası genişlənir, həm də çeşidi getdikcə artır. Məsələn, bu ilin 6 ayında Azərbaycanın ixracı 9,98 milyard dollar təşkil edib və bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar çoxdur. Ümumiyyətlə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində) "Azexport” portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 292,2 milyon dollar təşkil edib.

Bütün bu reallıqları şərtləndirən amil əlbəttə ki, ölkədə sahibkarlıq subyektləri üçün yaradılan əlverişli biznes mühiti, tətbiq edilən güzəştlər, uzunmüddətli kreditlərin verilməsi və digər imtiyazlardır.

Prezident İlham Əliyev iyulun 31-də keçirdiyi müşavirədə biznes mühitinin yaxşılaşdırılması məsələsinə toxunaraq görülən işlərin real nəticələri barədə məlumat vermişdi: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir”.

Hələ illər öncə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin artıq reallığa çevrilməsi Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayını da ildən-ilə artırır. Tərəfdaşlar artdıqca istehsal edilən qeyri-neft məhsullarının çeşidi də çoxalır. Artıq Azərbaycan 167 yeni növ məhsulun ixracına başlayıb, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında isə 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb.

Ölkə iqtisadiyyatında müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün islahatlar bir-biri ilə sıx əlaqələndirilir. Bu islahatlar daxili tələbatın ödənilməsi, idxaldan asılılığı azaltmaqla yanaşı, ixrac imkanlarının genişlənməsini də şərtləndirir. Qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə "Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirak edirlər. İxracatçıların potensial müştərilərlə, xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin qurulması məqsədilə bu il Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb. Eyni zamanda bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilir. 2019-cu ilin 6 ayı ərzində ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon dollardan çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.

Həmçinin ixracın stimullaşdırılması tədbirləri çərçivəsində prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac potensialı yüksək olan ölkələrdə ticarət nümayəndələri fəaliyyət göstərir, ticarət və şərab evlərinin yaradılması ilə bağlı işlər davam etdirilir. Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər görülür. Həmçinin Rusiyanın Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu "Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərdə də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

Eyni zamanda Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir ki, bu mexanizmlər xaricdə ölkəmizin iqtisadi maraqlarının təmin olunmasında, xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında mühüm rol oynayır.

Görülən işlər qeyri-neft ixracının göstəricilərində də əksini tapır. Belə ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard dollar təşkil edib. İxracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış imkanlar xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 79 faizlik artım müşahidə olunub. Bu, artan iqtisadi fəallığın və şəffaflığın əyani göstəricisidir. Eyni tendensiya 2019-cu ilin altı ayında da davam edib, qeyri-neft ixracı 15 faiz səviyyəsində artaraq 980 milyon dollar təşkil edib. Ticarət tərəfdaşlarının, mal çeşidlərinin və ticarət iştirakçısı biznes subyektlərinin sayında da artım qeydə alınıb.

Dövlət iş adamlarına hərtərəfli dəstəyini göstərməkdə davam edir. Sahibkarlar isə "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə mühüm töhfə verirlər. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM