28 Avqust 2019 00:49
491
İQTİSADİYYAT
A- A+

AMAL-ın amalı gəncləri aqrar sahəyə cəlb etməkdir


Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) bir ilə yaxındır icra olunur. Layihə çərçivəsində çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İlk dəfə reallaşan AMAL Akademiyası Yay Məktəbinin təşkilində əsas məqsəd gəncləri aqrar sahəyə cəlb etmək, onlarda sahibkarlıq düşüncələrini formalaşdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev Oğuzda başlanan AMAL Akademiyası Yay Məktəbinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

AMAL çərçivəsində keçirilmiş Gənc Fermerlər Proqramının uğurlu nəticələri barədə məlumat verən AKİA-nın sədri bildirib ki, proqramda iştirak edən 400 nəfərədək gəncin təxminən yarıdan çoxu bütün təlimlərdə iştirak edərək öz biznes-planlarını hazırlayıblar. Mütəxəssislər tərəfindən qiymətləndirildikdən sonra 100-dək gəncin biznes ideyaları bəyənilib. Artıq həmin ideyaların maliyyələşdirilməsinə çox az müddət qalıb. "İnanırıq ki, bu gün yay məktəbində iştirak edən gənclər də Gənc Fermerlər Proqramının uğurlu nəticələrindən yararlanacaqlar” deyə Mirzə Əliyev qeyd edib.

AKİA sədrinin sözlərinə görə, AMAL çərçivəsində gələcəkdə praktik olaraq bir neçə rayonda fəaliyyət göstərmək fikrindədirlər. Lənkəranda limonçuluq, Masallıda çayçılıq, Şamaxıda üzümçülük, Şəkidə tütünçülük sahələri üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılır. M.Əliyev bildirib ki, gələcəkdə AMAL aqrar məhəllələrinin salınması da nəzərdə tutulur. Pilot layihə olaraq bu işə Lənkərandan başlanması planlaşdırılır. Bunun üçün 5-10 hektarlıq ərazi ayrılacaq. Nəticə yaxşı olarsa, layihə digər bölgələri də əhatə edəcək.

"Şübhəsiz ki, bütün bu təşəbbüslər aqrar sahəni gəncliyin seçiminə, əsas gəlir mənbəyinə çevirmək məqsədi daşıyır” deyə Mirzə Əliyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video