27 Avqust 2019 15:26
325
DÜNYA
A- A+

Təyyarənin salonunda ən rahat yerlər hansılardır?


"Virgin Australia” aviaşirkətinin bort bələdçiləri "biznes” və "ekonom-klass” salonlarındakı ən yaxşı yerlər barədə söhbət açıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə "turizm.ru” saytı "Daily Star”a istinadla məlumat yayıb.

Avstraliya hava gəmisinin heyət üzvləri rahat uçuşun bəzi sirlərini açıqlayıb və "Boeing 737-800” laynerinin timsalında təyyarədəki ən yaxşı yerlər barədə məlumatı bölüşüblər. Onların sözlərinə görə, bir çox sərnişinlər laynerin qanadlarına yaxın olan yerləri seçməyə çalışırlar. Bu, burulqanlıqdan yaxa qurtarmaq məqsədilə edilir. Digərləri isə mühərrikin səsindən qaçmaq üçün pilotun kabinəsi ilə yanaşı oturmağa çalışırlar.

Ancaq "ekonom-klass”da bort bələdçiləri ən rahat yer kimi salonun tən ortasında, pəncərə qarşısında yerləşən 19F nömrəli kreslonu göstərirlər. Bu yer əl yükünün qoyulması üçün bir neçə rəfə malikdir. Buna görə də sərnişinin çantasını daha tez qoymaq üçün göyərtəyə tələsik girməsinə ehtiyac yoxdur. Bundan başqa, bu yer pəncərədən gözəl mənzərəni təmin etməklə bərabər, sizi gediş-gəlişə yaxın və ya digər iki sərnişinin ortasında məcburi oturmaqdan da xilas edəcək.

"Biznes-klass”a gəlincə, "Virgin Australia” nümayəndələrinin sözlərinə görə, burada da daha yaxşı yerlər mövcuddur. Sərnişinlərə 2A nömrəli kreslonu seçmələri məsləhət görülür. Prioritet eniş və bütün "biznes-klass” sərnişinləri üçün nəzərdə tutulan baqaja əlavə yerlə yanaşı, bu kreslo birinci sıraya nisbətən bir az xüsusilik təmin edir. Bununla yanaşı, 1 nömrəli sıra tualet və mətbəxin yanında yerləşir ki, bu da xoşagəlməz qoxunun hiss edilməsi kimi narahatlıqları istisna etmir.

Daha bir üstünlük qanadların mane olmadığı illüminatordan açılan gözəl mənzərədir. Bort bələdçiləri qeyd edirlər ki, onların bu "sirləri” bölüşmələrindən digər aviaşirkətlərin sərnişinləri də yararlana bilərlər.

Daha əvvəl Böyük Britaniyanın "The Sun” qəzetinin ekspertləri uçuşu daha rahat edən təyyarədəki bəzi gizli düymələr və funksiyalar barədə danışıblar. Məsələn, gediş-gəlişin yanındakı qoltuqaltı tamamilə hərəkətsiz görünə bilər. Əslində, bu, belə deyil. Onun altında şarnirlə yanaşı kreslonun söykənəcəyində gizli düymə yerləşir ki, onun vasitəsi ilə qoltuqluğu qatlamaq mümkündür. Bu funksiya sizin yerinizi genişləndirəcək və masa aşağı salındıqdan sonra oturacaqdan rahat qalxmağınıza kömək olacaq.

Əgər sizə yatmış sərnişinlərin başaltılarının söykənəcəyindən tutmadan salondan keçmək lazımdırsa, bir çox təyyarələrdə bundan ötrü tutacaqlar quraşdırılıb. Bunlar əl yükü üçün nəzərdə tutulan yuxarı yeşiklərin haşiyəsində yerləşir. Təyyarədə, həmçinin tualetin açılması üçün qəza düyməsi də var. Onun köməyi ilə bort bələdçilərinin məşğul tualetləri fövqəladə hallar zamanı açmaq imkanı var. Əksər hallarda bu düymə "siqaret çəkmək qadağandır” yazısı olan qapağın arxasında yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video