Alternative content

04:02 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeniyetmələr arasında Avropa çempionatında medal qazanan şahmatçılarımız təltif edilib
Yeniyetmələr arasında Avropa çempionatında medal qazanan şahmatçılarımız təltif edilib
ANA SƏHİFƏ / İDMAN
12:49 27.08.2019

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində uğurla çıxış edərək medallar qazanan Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

Nazir Azad Rəhimov gənc idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin rolunu xüsusi vurğulayıb. Azərbaycan şahmatının ənənələri, ölkəmizdə təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq şahmat festivalları haqda məlumat verən nazir Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ölkəmizdə idmanın digər növləri kimi, şahmatın da inkişafına yüksək diqqət və qayğı göstərdiyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Gənclər və İdman Nazirliyinə şahmatçılar adından təşəkkürünü bildirib.

Sonra Azad Rəhimov Avropa birinciliyində medallar qazanmış gənc şahmatçılara Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. On dörd və səkkiz yaşadək qızların yarışında müvafiq olaraq Ayan Allahverdiyeva və Dinara Hüseynova (hər ikisi Bakı) Avropa çempionu olublar. Gəncə təmsilçisi Səadət Bəşirli səkkiz yaşadək qızların mübarizəsində gümüş medala layiq görülüb. Oğlan təmsilçilərimizdən Yusif Kərimli (Şəki) səkkiz, Cahandar Azadəliyev (Bakı) isə on yaşadək şahmatçıların yarışında bürünc medallara sahib olublar. Bu nəticə ilə Azərbaycan yığması komanda hesabında Rusiyadan sonra ikinci pillədə qərarlaşıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM