Alternative content

03:25 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səmərqənddə keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunur
Səmərqənddə keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunur
ANA SƏHİFƏ / Mədəniyyət
22:21 26.08.2019

Avqustun 26-da Səmərqənd şəhərində "Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, musiqi bayramında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESKO-nun Baş direktoru Odri Azule, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin Mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentin üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da açılış mərasimində iştirak ediblər.

Dünyanın 75 ölkəsindən 340 ifaçının qatıldığı bu festivalda ölkəmizi gənc ifaçı Pərviz Qasımov təmsil edir. Onu Əməkdar artist Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət edəcəklər.

Musiqi bayramını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq iştirakçıları və ifaçıları təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı bildirib ki, festivalın populyarlığı ildən-ilə artır. Belə ki, birinci festivalda 30 ölkə iştirak etmişdisə, bu festivalda 75 ölkə təmsil olunur.

UNESKO-nun Baş direktoru Odri Azule xalqlar arasında etimadın möhkəmlənməsində "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının böyük rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında layiqli yerlər tutur.

1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI Festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə Azərbaycana aparıb.

Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM