26 Avqust 2019 17:35
621
DÜNYA
A- A+

KXDR-də yeni yaylım atəşi sistemi sınaqdan keçirildi

Pxenyan daha bir yeni silah növü – çox iri reaktiv yaylım atəşi sisteminin uğurla sınaqdan keçirirlməsi barədə məlumat vermişdir. Sınaqlarda dövlət başçısı Kim Çen İn şəxsən iştirak etmişdir. Bu barədə KCNA informasiya agentliyi xəbər verir.

Məlumatda deyilir ki, sınaqlar uğurlu olmuş, bütün hədəflər vurulmuşdur. Silahın texniki xüsusiyyətləri açıqlanmamışdır.

Kim Çen İn bu sahədə uğurlara görə şimalı koreyalı alimləri tərifləmiş və "düçmən qüvvələr tərəfindən daim artan militarist təhlükənin qarşısını qətiyyətlə almaq üçün” onları hərbi yeniliklər hazırlamağı davam etdirməyə çağırmışdır.

Bundan əvvəl Cənubi Koreya KXDR-in Yapon dənizi istiqamətində iki ballistik raket atması barədə məlumat vermişdi. Hamgön-Namdo əyalətindən atılan raketlər 380 kilometr məsafə qət etmişdir. Uçuşun maksimal hündürlüyü 97 kilometrə çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video