26 Avqust 2019 17:34
499
DÜNYA
A- A+

PKK terrorçuları ilə döyüşdə türkiyəli hərbçilər şəhid oldu

İraqın şimalında PKK terrorçuları ilə döyüşdə 3 türkiyəli hərbi qulluqçu şəhid olmuş, 7-si yaralanmışdır. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat vermişdir.

Bildirilir ki, toqquşmalar davam edən "Pəncə-3” antiterror əməliyyatı zamanı baş vermişdir. Yaralılar hospitallara yerləşdirilmişdir.

Xatırladaq ki, Türkiyə ordusu mayın axırlarından bəri İraqda antiterror əməliyyatları keçirir. "Pəncə” adlı əməliyyatlar çərçivəsində PKK terrorçularının obyektlərinə havadan və qurudan zərbələr endirilir.

Terrorçulara qarşı artilleriya, ATAK hərbi helikopterləri və pilotsuz təyyarələrdən istifadə olunur. İraqın şimalında yerləşən Həftənin rayonunda PKK-nın 9 terrorçusu zərərsizləşdirilmişdir. Bundan əlavə, onların atəş mövqeləri və sığınacaqları məhv edilmişdir.

Mayın 27-də Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarın rəhbərliyi ilə İraqın Hakurk rayonunda "Pəncə-1” əməliyyatı başlamışdır. Ötən ay əməliyyatın miqyası genişləndirilmiş və o, "Pəncə-2” adı almışdır.

Avqustun 23-də əməliyyatın yeni mərhələsi elan edilmiş və "Pəncə-3” adlanan əməliyyat İraqın Sinat-Həftənin rayonlarını əhatə etmişdir. Əməliyyatın məqsədi Türkiyənin cənub-şərq sərhədinin təhlükəsizliyini təmin etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video