Alternative content

11:32 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə Prezidenti piyada qoşunların tezliklə Suriyanın şimalına girəcəyini bəyan edib
Türkiyə Prezidenti piyada qoşunların tezliklə Suriyanın şimalına girəcəyini bəyan edib
ANA SƏHİFƏ / DÜNYA
15:51 26.08.2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anadolunun fəthinin ildönümünə həsr olunmuş tədbirdə bildirib ki, Silahlı Qüvvələrin piyada qoşunları tezliklə Suriyanın şimalına daxil olacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Hazırda bizim hərbi və kəşfiyyat pilotlu uçuş aparatlarımız, habelə helikopterlər həmin regionun üzərində uçurlar. Sərhəd bölgəsinə qoşunların göndərilməsi davam edir. Biz tezliklə quru qoşunlarımızın da bu əraziyə girəcəyini gözləyirik”. O əlavə edib ki, Suriyanın şimalında yerləşdiriləcək qoşun hissələri sayəsində Ankara regiondakı vəziyyətə nəzarət edə biləcək və təhlükəsiz zona yaradılması üzrə öz planlarını reallaşdıracaq. Ərdoğan qeyd edib ki, Türkiyənin bu istiqamətdə səyləri artıq öz nəticəsini verir. "Hər hansı əngəllər və regionda hesab çəkmək istəyən başqa güclərin səyləri bizim qarşımızı ala bilməz. Biz toxunulmaz sayılan problemlərin, məsələn, Fəratın şərqində təhlükəsizliyin təmin edilməsi ilə məşğuluq. Suriyanın bu ərazisi kürd silahlı birləşmələrinin nəzarəti altındadır. Onlar Ankara üçün terrorçu və milli təhlükəsizliyimizi təhdid edən qüvvələrdir”, -deyə dövlət başçısı vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Ankara üçün problemin sülh və dialoq yolu ilə həlli prioritet olaraq qalır. Lakin, onun sözlərinə görə, hadisələr başqa istiqamətdə cərəyan edərsə və problemin həlli yubanarsa, o zaman Türkiyə öz planlarını həyata keçirəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM