25 Avqust 2019 00:53
1102
İQTİSADİYYAT
A- A+

Sənaye məhəllələri yerli sahibkarlara geniş imkan yaradır


Sənayeni inkişaf etdirmək məqsədilə ölkədə yüzlərlə kiçik, orta və iri müəssisə yaradılıb. Bununla yanaşı, nəhəng sənaye istehsalı sahələri olan texnoparklar da fəaliyyət göstərir. Texnoparklar həm ərazisinə, həm də burada yerləşən müəssisələrin sayına və istehsal etdiyi məhsulların növünə görə sənaye nəhəngidir. Digər sənaye birlikləri - sənaye məhəllələri texnoparklardan fərqli olaraq kiçik və yığcamdır. Burada əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Lakin texnoparklardakı kimi, sənaye məhəllələrində də yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur.

Həmin məhəllələrin bir üstün cəhəti də bölgələrdə yerləşməsidir. Bu, yerli sahibkarlara az məbləğdə investisiya qoymaqla dövlətin verdiyi güzəştlərdən istifadə etmək imkanı yaradır. Çünki ölkənin iri şəhərlərində fəaliyyət göstərən sahibkarlarla yanaşı, bölgələrdə çalışan sahibkarlar da dövlətin yaratdığı bu imkanlardan istifadə etmək istəyirlər. Rayonlarda yaradılan sənaye məhəllələri onlara belə imkan verir.

Beləliklə, regionlarda yaradılan 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyətə başlaması sayəsində həmin müəssisələrdə 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlığı xarici bazara göndərilib. Onu da vurğulayaq ki, sənaye məhəllələrinə kapital qoyuluşunda xarici sahibkarlarla yanaşı, yerli sahibkarlar da fəallıq göstərirlər.

İnvestisiya təşviqi sayəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bugünədək 400-ə yaxın layihə təşviq olunub və bunun sayəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Nəticədə 16 mindən çox yeni iş yerinin açılması mümkün olub.

Aparılan islahatlar sayəsində ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi genişlənib.

Bu məqsədlə yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və sənaye məhəllələri yaradılıb. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var.

Sənaye məhəllələrinin istehsal sahələri həcmcə kiçik olsa da, istehsal etdiyi məhsul növünə görə çoxşaxəlidir. Sənaye məhəllələrinin bir üstünlüyü də odur ki, ölkənin bütün şəhər və rayonlarında belə müəssisələr yaratmaq mümkündür və yaradılır da. Çünki bir çox müəssisələrin xammalı həmin bölgələrdə yerləşir. Kiçik sahələri əhatə etdiyi üçün onun quraşdırılmasının xərci də azdır. Belə müəssisələr onlara kiçik və orta sahibkarların sərmayə qoymaq imkanına malik olduqları üçün də sərfəlidir. Bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədi hər bir rayonda sənaye məhəllələrinin yaradılmasıdır.

Neftçala Sənaye Məhəlləsi bu sahədə birincidir. Burada hətta "Xəzər” avtomobilləri istehsal olunur. Artıq həmin avtomobillər satışa buraxılıb. Gələcəkdə müəssisədə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulub.

Bundan başqa, burada "Kəhf” MMC fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 25 ton balıq yemi istehsal etməkdir. Gələcəkdə müəssisədə mal-qara, eləcə də digər yemlərin istehsalı nəzərdə tutulur. Müəssisənin yaradılması üçün 12 milyon manat investisiya qoyulub. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu da müəssisəyə 5,9 milyon manat güzəştli kredit verib.

Neftçala Sənaye Məhəlləsində daha bir müəssisə fəaliyyət göstərir. İllik istehsal gücü 2 milyon tara olan "Metak” MMC-yə 1,35 milyon manat investisiya yatırılıb.

Həmin müəssisəyə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 600 min manat güzəştli kredit verilib.

"Gilan PİVOT” MMC-nin investisiya dəyəri isə 1 milyon manatdır. İllik istehsal gücü 60-80 suvarma sistemləri olan müəssisədə 15 nəfər işlə təmin edilib. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində "Toğrul-2008”, "Providence Limited”, "Azproduct”, "Petroqeoaz” MMC-lər fəaliyyət göstərir.

Hacıqabul Sənaye Məhəlləsi də istifadəyə verilmək ərəfəsindədir. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işləri ilə 200 nəfər məşğul olur.

Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanmışdı. Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb. Eləcə də yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsal olunur. Ümumiyyətlə, bu sənaye məhəlləsində sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri açılıb.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video