7 ayın makroiqtisadi nəticələri nədən xəbər verir
Sənayenin qeyri-neft-qaz sektorunda 15,8, əhalinin orta aylıq əməkhaqqında 8,2 faiz artım var
Dövlət Statistika Komitəsi (DSK) cari ilin yanvar-iyul ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Bildirilir ki, bu dövrdə ölkə üzrə 44,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 2,5 faiz çoxdur. Bu dövrdə əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 3, neft-qaz sektorunda 1,9 faiz artmışdır.
ÜDM-in 44,2 faizi sənaye, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 5,8 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 14,3 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil etmiş, əhalinin hər nəfərinə 4499,5 manat əlavə dəyər düşmüşdür.
Yeddi ay ərzində ölkədə 27,3 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 2,2 faiz çoxdur. Ümumilikdə bu dövr sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,8 faiz artmışdır. Sənaye məhsullarının 70 faizi mədənçıxarma, 25,1 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 2,5 faiz azalmış, əmtəəlik qaz hasilatında 34 faiz artım qeydə alınmışdır.
Emal sektorunda maşın və avadanlıqların istehsalı 13,6, mebel istehsalı 33,6, kağız və karton istehsalı 28,5, rezin və plastik kütlə məmulatları istehsalı 27,2, toxuculuq sənayesi məhsulları istehsalı 40,9, içki istehsalı 52,2, kimya sənayesi məhsulları istehsalı 30,4, maşın və avadanlıqların quraşdırılması, təmiri 26,4, tikinti materiallarının istehsalı 7,8, əczaçılıq məhsulları istehsalı 1,3, qida məhsulları istehsalı 18,3, tütün məmulatları istehsalı 25,1, geyim istehsalı 5,6, poliqrafiya məhsulları istehsalı 14,9, hazır metal məmulatları istehsalı 59,2, kompüter, elektron və optik məhsulları istehsalı 55,4, neft məhsulları istehsalı 1,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı isə 2,3 dəfə artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 3,2 və 7,4 faiz.
Hesabata əsasən, ötən 7 ay ərzində əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 64,3 faizi məhsul istehsalı və 26,4 faizi xidmət obyektlərinin, 9,3 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 70,8 faizi daxili sərmayələr olan bu vəsaitlərin 67,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Bütün bu vəsaitlər hesabına ötən dövr ərzində ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, ilk DOST mərkəzinin inzibati binası, 140 yerlik məktəbəqədər tədris müəssisəsi, 200 çarpayılıq xəstəxana, Sumqayıtda "SOCAR karbamid” və polietilen zavodları, Beyləqanda olimpiya idman kompleksi, tarix-diyarşünaslıq muzeyi, Kəbirli-Eyvazlılar-Birinci Aşıqlı-Əlinəzərli, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialı, Qobustan-Poladlı avtomobil yolu, eləcə də Naxçıvan MR-də 1170 şagirdlik iki ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 2 ambulatoriya-poliklinika, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. istifadəyə verilmişdir.
Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında ölkə üzrə qeyri-neft-qaz sənayesi sektoruna 772,9 milyon manat vəsait xərclənmişdir. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 2 milyard 162,4 milyon manat xarici kapital da yönəldilmişdir.
Dövlət Statistika Komitəsi yanvar-iyun ayları üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda bu dövr orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 585,2 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ ilin 7 ayı üzrə 32,2 milyard manat olmuşdur ki, bu da nominal ifadədə ötən ilin eyni dövründəkindən 6,6 faiz çoxdur.
DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət haqqındadır. Hesabatda bildirilir ki, 2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 21,1 milyard manatdan çox olmuşdur. Eyni zamanda bu dövrdə əhaliyə 4,8 milyard manatlıqdan çox (keçən ilin eyni dövründəkindən 1,8 faiz artıq) ödənişli xidmətlər də göstərilmişdir.
O ki qaldı qiymətlərə, DSK-nın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən ötən 7 ay ərzində istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 2018-ci ilin eyni dövrünə nisbətən ümumilikdə 2,7, o cümlədən ərzaq, içki və tütün məmulatları üzrə 3,1, qeyri-ərzaq malları üzrə 1,3, ödənişli xidmətlər üzrə 3 faiz bahalaşmışdır.
Azərbaycanın bu dövrdə xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınmışdır. Hesabatda bildirilir ki, ilin əvvəlindən ötən 6 ay ərzində gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 16 milyard 866,2 milyon dollara çatmışdır. Ticarət dövriyyəsinin 58,4 faizini ixrac, 41,6 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 2 milyard 835 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.
Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabata görə, ilin əvvəlindən ötən 6 ay ərzində Azərbaycandan 979,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə ötən ilin analoji dövrünə nisbətən faktiki qiymətlərlə 15,7, real ifadədə 11,1 faiz çoxdur.
R.MƏMMƏDLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!