Ətraf mühitə təsir məsuliyyətlə idarə edilir
Hasilat zamanı bu, əsas şərtlərdən biri sayılır
Azərbaycanda həyata keçirilən neft, qaz və ixrac layihələrində vacib şərtlərdən biri də ətraf mühitə mənfi təsirin minimum səviyyədə olmasıdır. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi” imzalandıqdan cəmi bir il sonra bütün müqavilə ərazilərində və əməliyyatların aparıldığı obyektlərin yaxınlığında ətraf mühit monitorinqlərinə start verilib. Hazırda gedən işlərin dənizə, sahildəki və qurudakı digər sahələrə potensial təsirlərini müəyyənləşdirmək üçün monitorinqlər davam etdirilir.
Keçən il Xəzərdə "Çıraq”, "Mərkəzi Azəri”, "Şərqi Azəri” və "Qərbi Çıraq” platformalarının çevrəsində ətraf mühit üzrə monitorinqlər keçirilib. Eləcə də yeni "Şahdəniz Bravo” platforması quraşdırıldıqdan sonra burada tədqiqat aparılıb. Bundan başqa, sahilə yaxın sularda dörd monitorinq aparılıb ki, onlardan üçü Abşeron yarımadası ətrafındakı dayazsulu sahəni, biri isə "Şahdəniz-2” layihəsi ilə bağlı Səngəçalda xəndəklərin qazıldığı ərazini əhatə edib.
Ölkəmizdə gerçəkləşən ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP-nin çoxsaylı əməliyyatlarında ətraf mühitlə bağlı bir sıra digər tədbirlər də həyata keçirilir. Keçənilki 17 monitorinq tədqiqatının 12-si quru ərazilərə - Səngəçal terminalına, Qərb İxrac Boru Kəmərinə və Sərincədəki təhlükəli tullantıların idarə edilməsi obyektlərinə aid olub. 2018-ci ildə eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin dəhlizi boyunca bioloji bərpa üzrə tədqiqat işləri başa çatdırılıb.
Neft-qaz layihələrinin ətraf mühitə təsirinin azaldılmasında tullantıların idarə olunması da mühüm rol oynayır. Layihə qruplarının əməliyyatlarda tullantıların əmələ gəlməsini aradan qaldırmaq, onları minimuma endirmək və təkrar istifadə etmək üçün xüsusi yanaşmaları var. Nəticədə keçən il təhlükəsiz tullantıların 66 faizi yenidən istifadə olundu. Bunlar əsasən metallar, plastik məhsullar, kağız və karton idi. Təhlükəli tullantıların isə 45 faizi təkrar istifadəyə və emala göndərildi. Bunların əsas hissəsini neft qarışmış su, sement və yağlar təşkil edirdi.
Xəzərdə qazma işləri davam etdiyindən şlamların yaranması da təbiidir. Qeyd edək ki, şlam qazma zamanı quyuların dib və divarlarında süxurların pozulması nəticəsində yaranmış hissəciklərin su ilə qarışdırılmış kütləsidir. Keçən il 50 min ton belə kütlə əmələ gəlmişdi ki, bu da ondan əvvəlki ilə nisbətən 50 faiz azdır. Odur ki, şlamların təkrarən laylara vurulması da 30 faiz az miqdarda oldu. "Çıraq” platformasından sintetik tərkibli qazma məhlulu və şlamlar uğurla sahilə daşındı, onların dənizə atılmasının qarşısı alındı.
Çirkab suların təmizlənməsi qurğusunun göstəricilərinin və təmizlənmiş suyun keyfiyyətinin monitorinqlərinin, həmçinin analizinin aparılması da müntəzəm həyata keçirilən tədbirlərdir.
Səngəçalda çirkab suların təmizlənməsi qurğusunun modernləşdirilməsi tullantıların daha səmərəli idarə olunmasına imkan verib. Ümumiyyətlə, Səngəçal terminalında ətraf mühitin mühafizə olunmasına və istismar əməliyyatlarının bütövlüyünə yanaşma həmişə səmərəli olub. Tullantıların təhlükəsiz idarə olunması üçün çirkab suların axın xəttinin modernləşməsi buna aydın misaldır.
Terminalla sahildəki magistral yol arasından üçüncü tərəflərə məxsus, sovet dönəmindən qalan bir neçə boru kəməri keçir. Bu ərazinin strateji əhəmiyyətini nəzərə alaraq, BP və SOCAR birlikdə həmin boruların müntəzəm qaydada təftişini aparırlar.
Səngəçaldan söz düşmüşkən, BP ölkəmizdə əməliyyatçı olduğu layihələrdəki tərəfdaşları adından qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədi daşıyan "Yaşıl Səngəçal” adlı ekoloji bir layihə də həyata keçirib. Bu layihə çərçivəsində Qaradağ rayonunun yaşayış sahələrindən biri təmizlənib abadlaşdırıldıqdan sonra orada 1000 ağac, kol və digər bitkilər əkilib. İdman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyət yaradılıb.
Məlumdur ki, mövcud yataqlardan hasilatın təbii şəkildə azalması nəticəsində neftlə birlikdə çıxarılan suyun miqdarı artır. "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından çıxarılan lay suları neftdən həm dənizdəki qurğularda, həm də Səngəçal terminalında ayrılır. Keçən il "Şahdəniz”dən çıxan lay suları da AÇG qurğularına birləşdirildi.
Lay sularının kollektora vurulması səmərəli bir tədbir kimi qüvvədə qalır və 2018-ci ildə bu sahədəki göstərici ondan əvvəlki ilə nisbətən daha yüksək olub. Lay sularının dənizə atqısı da yarıya qədər azalıb.
Əməliyyat qurğularında məşəldə yandırılan qazın miqdarının getdikcə azaldılması da qarşıya qoyulan vəzifələrdən biridir. Mövcud platformalarda məşəldə yandırılan qaz azaldılsa da, yeni qurğuların istismara daxil olması nəticəsində bu məsələni tam aradan qaldırmaq mümkün deyil. Bununla belə, məşəldə yandırılan qazın həcminin azaldılması ilə bağlı tədbirlər davam edir.
BP Azərbaycan şirkətinin 2018-ci ilə aid "Davamlı inkişaf haqqında hesabat”ında bildirilir ki, şirkət iqlim dəyişikliyinin aktuallığını bilərək bu problemin həllində fəal iştirak etməyə çalışır: "BP Dünya Bankının "Sıfır Səviyyədə Müntəzəm Məşəldə Yandırma - 2030” təşəbbüsünü imzalayıb. İqlim və Təmiz Hava Koalisiyasının Neft-Qaz Metan Tərəfdaşlığına və hazırda qrupun baş icraçı direktoru Bob Dadlinin rəhbərlik etdiyi Neft-Qaz İqlim Təşəbbüsünə qoşulub. Biz 2018-ci ildə İXQ (istixana qazı) emissiyalarının davamlı azaldılması üzrə 95 min tondan artıq göstəriciyə nail olduq”. Bunun nəticəsində qrupun 0,2 faizlik hədəfi ilə müqayisədə metan intensivliyi 0,032 faizə qədər enib.
Bütün bunlar göstərir ki, görülən genişmiqyaslı işlər çərçivəsində ətraf mühitə mənfi təsir göstərməmək daim gündəmdə olan, öz əhəmiyyətini itirməyən vacib bir məsələ kimi qalır.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!