Alternative content

18:42 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafadakı “Dilbaz Atçılıq Təsərrüfatı” əvvəlki şöhrətini qaytarır
Ağstafadakı “Dilbaz Atçılıq Təsərrüfatı” əvvəlki şöhrətini qaytarır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 25.08.2019


Ölkəmizdə atçılığın tarixi olduqca qədimdir. Dünyada yetişdirilən 260 at cinsindən ikisi - Qarabağ və Dilbaz atları Azərbaycana məxsusdur.

Məşhur Qarabağ atından sonra dünya şöhrəti qazanmış Dilbaz atı XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşması əsasında və Qarabağ cinsinin təsiri altında yaranmışdır.

Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişmişdir. Əsasən minik atı olan Dilbaz bəzi mənbələrdə "Dəliboz”, "Diliboz”, hətta "Dilboz” da adlanır. Bu atlar geniş alın, qısa baş, dar burun, ağır boyun, uzun kürək və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqları nisbətən hündürdür. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilbaz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə fərqlənir. Dilbaz atları yaxşı işləmə bacarığına malikdir. Onlar bir gündə 115-130 kiloqram yüklə 45-55 kilometr, idmançı ilə isə 70 kilometr yol qət edə bilirlər.

Tarixi mənbələrdən məlum olur ki, XIX əsrin ortalarında Qazax qəzasında bu atların sayı 25 minə çatırdı. Lakin Birinci və İkinci dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi onların sayının kəskin azalmasına səbəb olmuşdur.

Yalnız 1944-cü ildə bu atların keyfiyyətləri nəzərə alınaraq Ağstafa Dilbaz Atçılıq Dövlət Döllük Ocağı təşkil olunmuşdu. Həmin vaxtdan sonra Dilbaz atlarının həm cinsi yaxşılaşdırılmış, həm də sayı xeyli artırılmışdır. Bu cinslər cıdır meydanlarında özlərini göstərmiş, keçirilən yarışlarda layiqli yerlər tutmuşlar. 1962-1990-cı illərdə bu atlar ümumittifaq yarışlarında 39 dəfə iştirak etmiş və 8 dəfə birinci yerə çıxmışdılar. Dilbaz 36 dəfə müxtəlif attestatlar almışdır. Bu atlar 1869-cu ildə Moskvada, 1895-ci ildə Tiflisdə və 1912-ci ildə Rusiyanın Pyatiqorsk şəhərində keçirilmiş at sərgisində nümayiş etdirilmişdir.

Nəhayət, 1923-cü ildə ölkəmizdə atçılıq müəssisələrinin yaradılmasına başlanılmışdır. O cümlədən 1923-cü ildə Bakıda Cıdır meydanı, 1934-cü ildə Şəkinin Daşüz ərazisində 71 saylı at zavodu, 1949-cu ildə Ağdam və Ağstafa atçılıq zavodları yaradılmışdır. Şəki Daşüz ərazisində yaradılan 71 saylı zavodda 2 bölmə təşkil edilmiş, onlardan birində Kabardin, digərində Qazax (Azərbaycan) atlarının ərəb atları ilə çarpazlaşdırılmasından mələzlər alınmışdır. Bundan başqa, zavoda Qazax rayonundan 41 baş təmiz cins Dilbaz madyanı və 2 baş törədici ayğır da verilmişdir.

Keçmiş Sovetlər birliyi dağıldıqdan sonra digər sahələr kimi, Azərbaycanda da atçılığın inkişaf etdirilməsi mümkün olmamışdır. Xüsusilə Ağstafa atçılıq zavodunun fəaliyyəti, demək olar ki, dayandırılmışdır. Lakin Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda atçılığın cins tərkibinin yaxşılaşdırılması və inkişaf etdirilməsi ilə bağlı bir sıra uğurlara nail olunmuşdur. Daha sonra Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq bu sahədə bir sıra addımlar atılmış, Ağdam atçılıq zavodu ilə yanaşı, Ağstafa atçılıq zavodunun yenidən qurulmasına başlanılmışdır. Ağstafanın Böyük Kəsik kəndində Dilbaz atları üçün təsərrüfat genişləndirilir. Təsərrüfatın direktoru Səlimxan Gülalıyev deyir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı gündən-günə inkişaf edərək yüksəlir. Bütün sahələrdə olduğu kimi, atçılıq təsərrüfatı da özünün inkişaf dövrünü yaşayır. 1997-ci ildən fəaliyyətini bərpa edən təsərrüfatda hazırda 137 baş at saxlanılır ki, onlardan da 28-i madyan, 3-ü ayğır, qalanı isə müxtəlif yaş qrupundan olanlardır. Dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ildə Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat vəsait ayrılmışdır ki, bu da müəssisənin problemlərinin köklü şəkildə həllinə təkan vermişdir. Hazırda kompleksdə sürətli tikinti-quruculuq işləri davam etdirilir. Təsərrüfatda Avropa standartlarına uyğun at tövləsi, atları müayinə və müalicə etmək üçün stasionar baytarlıq otağı, yarışlara hazırlamaq üçün cıdır meydanı, işçilərin normal şəraitdə işləməsi üçün ofis və digər zəruri binalar inşa edilir. Təsərrüfatın 435 hektar əkin, 927 hektar örüş sahəsi var ki, bu da atların yemlənməsi üçün kifayət edir. Bundan başqa, təsərrüfatda 12 nəfər daimi işlə təmin edilmişdir. Bir sözlə, indi Azərbaycanın milli sərvəti olan Dilbaz atlarının inkişaf etdirilməsi üçün bütün imkan və şərait var.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM