25 Avqust 2019 00:46
494
SİYASƏT
A- A+

N.Paşinyan iqtidarına qarşı etirazlar səngimək bilmir


Daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar hakimiyyət üçün yeni problemlərin yaranmasına səbəb olur


Ermənistanda sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə ağırlaşması müşahidə olunur. Belə görünür ki, həm əhalinin maddi rifah halının pisləşməsi, həm də daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar qarşıdakı günlər ərzində hakimiyyət üçün yeni problemlərin yaranmasına gətirib çıxaracaq. Bunlarla yanaşı, ölkədə etiraz aksiyaları da səngimir.

Aksiyaların hədəfi müxtəlifdir. Bəziləri əvvəlki kütləvi etirazlar zamanı irəli sürdükləri tələb və problemlərini baş nazirin yadına salır, yeni hökumətin əvvəlkindən heç bir fərqinin olmadığını açıq şəkildə bəyan edirlər.

Bu günlərdə Ermənistanın əsas turizm bölgəsi hesab edilən Cermukda sakinlər ərazidəki dağ-mədən şirkətinin fəaliyyətini dayandırmasını tələb edərək etiraz aksiyaları keçiriblər. Onlar şəhərin əsas giriş hissəsini bağlayıblar. Qeyd edilir ki, Cermukun dağ-mədən sahələrində fəaliyyət göstərən xarici şirkətlər şəhəri iflic vəziyyətə salıblar. Şirkət ərazidə fəaliyyət göstərəndən sonra təbiət məhv olmağa başlayıb. Narazı kütlə, eyni zamanda, Cermuk məsələsinə görə Ermənistan parlamenti qarşısında saxlanılan aksiya iştirakçılarının azadlığa buraxılmasını tələb edib.

Yerevanda da etiraz aksiyaları davam etməkdədir. Paşinyan iqtidarına etiraz edənlər Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin qarşısında aksiya keçirməyə başlayıblar. Etirazçılar Almaniya, Fransa və İtaliya səfirliklərinin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, əhali artıq Paşinyana və komandasına inanmır, çünki onlar xalqa verdikləri vədə əməl etmədilər. Qeyd edilib ki, Ermənistan hazırda ən ağır günlərini yaşayır. Ölkədə məmur özbaşınalığı, rüşvətxorluq və işsizlik tüğyan edir. Orduda komandirlərə qarşı işgəncə halları artıb. Vətəndaşlar məhkəmə sistemindən və polis zorakılığından cana gəliblər. Sakinlər qeyd ediblər ki, Avropa ölkələri Paşinyanın seçiciləri ilə necə davrandığının şahidi olsunlar. Bu səbəbdən Ermənistanda yeni baş nazirə ehtiyac var.

Ölkəni bürüyən etirazlar onu göstərir ki, Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra hansısa inkişafın olacağına dair ümidlər artıq tam tükənib. Ölkədə əvvəlki kimi aclıq, səfalət, yoxsulluq hökm sürür. Digər tərəfdən, yeni hakimiyyətin yanlış siyasəti Ermənistanın təcridinin daha da dərinləşməsinə rəvac verir. Bütün bunların fonunda müşahidə olunan əsas məqam Ermənistan daxilində ziddiyyətlərin dərinləşməsidir.

Sosial-iqtisadi müstəvidə böyük tənəzzül yaşayan Ermənistanda xarici siyasət sferasında da böhran müşahidə olunur. Azərbaycanın uğurla həyata keçirdiyi xarici siyasət Ermənistanı dalana dirəyir. Əldə etdiyi nailiyyətlərdən məharətlə istifadə edən Azərbaycan bu gün işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi çöküşünü sürətləndirir. Aydındır ki, Ermənistan işğal siyasətinə son qoymayana qədər bu vəziyyətdə qalmağa, daha böyük problemlərlə üzləşməyə davam edəcək.

Ermənistanın "Qolos Armenii” saytı yazır ki, ölkədə populizm asan bir yol olduğu halda başqa bir yol axtarmağa nə ehtiyac var? Xalqı aldatmaq üçün ibtidai mexanizm işləyəndə niyə başqa yollar axtarılmalıdır? Bu cür düşüncə növü Ermənistanda son zamanlar üstünlük təşkil etməkdədir. Saytın yazdığına görə, cəmiyyət artıq Paşinyan hökumətinin səriştəsizliyindən, onların parlamentdəki çoxluğundan bezib.

Erməni xalqı hərəkət və hərəkətsizliyi ilə dövlətin təhlükəsizliyini təhdid etdiyini belə anlamayan Nikol komandasının cəhalətindən bezib: "Bu gün biz Ermənistanda ağır proseslərin aktiv mərhələsinin şahidi oluruq. Belə görünür ki, artıq Nikolun "küməsi” yatmaqdadır. Payız aylarına kimi Paşinyanın ətrafının onu tərk edəcəyinə heç bir şübhə yeri yoxdur. Çünki bu gün baş nazirin rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasına qoşulmaq üçün müraciətlərin sayı kəskin şəkildə azalıb. Nikol Paşinyanın müvəqqəti fiqur olduğunu təkcə yerli ermənilər deyil, həm də Ermənistanın hüdudlarından kənarda da başa düşməyə başlayıblar”.

Beləliklə, digər sahələrdə də genişlənən aksiyalar Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar qarşıda işğalçı ölkəni həqiqətən çətin bir dövr gözlədiyini tam təsdiq edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video