Alternative content

10:02 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kimsəsizin dayağı, çarəsizin ümidi
Kimsəsizin dayağı, çarəsizin ümidi
ANA SƏHİFƏ / SİYASƏT
00:43 25.08.2019


Həyatda bəzi insanlar Tanrı tərəfindən seçilmiş olur və onlara müqəddəs missiyalar verilir. O da yer üzünün xoşməramlı sülh elçisidir...

Əməlləri bəşəridir, xeyirxah missiyası heç bir çərçivə, sərhəd tanımır...

Xoş niyyəti, məramı insanlığın rahat yaşaması üçün əzmlə çalışmaq, sülh, sevgi dolu cəmiyyətin var olmasına nail olmaqdır...

O, insanların könlündə özünə əbədi taxt qurub...

Humanizm, insanpərvərlik kimi ali keyfiyyətlərin təcəssümünə çevrilməklə hamı üçün gözəllik, nəciblik, zəriflik, mərhəmət simvoluna çevrilib...

Kimsəsiz uşaqların ürəyində qövr eləyən ana həsrətini ovudan, xəstə, çarəsiz insanların ümidi, dayağı, şəhid analarının övlad ağrı-acısına məlhəm, yurd həsrəti çəkənlərin həmdəmidir...

Harada üzülən, qayğıya, köməyə, yardıma, təsəlliyə ehtiyacı olan, sadəcə xoş sözə, rəftara möhtac duyan biri varsa, ilk müraciət edəcəyi, pənah aparacağı şəxs də, heç şübhəsiz, bu uca insandır...

Birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva...

"Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”, - deyir Mehriban xanım.

Bəli, özünün də vurğuladığı kimi, Mehriban xanımın yorulmaz fəaliyyətinin, əldə etdiyi nailiyyətlərin arxasında ülvi hisslər dayanır. Xeyirxahlıq və humanizm birinci xanımın yaşam prinsipidir, "sizə ehtiyacı olanların yanında olacaqsınız, yardımınıza ehtiyacı olanlara əl tutacaqsınız” deyə həyat fəlsəfəsini inamla və şərəflə davam etdirir.

Mehriban xanım atılmış, kimsəsiz uşaqlara mənəvi analıq, hamilik edir, bir an belə valideyn yoxluğunu hiss etmələrini istəmir. Adi günlərdə də, əziz günlərdə də onların yanında olur, doğma balası kimi bağrına basır, öpür, qayğı göstərir...

Onların da atalı-analı uşaqlar kimi özlərini arxa-dayaqlı hiss etmələri üçün əlindən gələni əsirgəmir, təhsil almaları, həyatda öz yollarını tapmaları üçün malik olduqları bacarıqlarını inkişaf etdirmələrinə çalışır. Kimsəsiz gənclərə ev tikdirir, toy edir, xoş günlərində qol götürüb oynayır, hədiyyələr verir...

Yaşı 18-ə çatmış gənclərin də uşaq evindən sonrakı taleyi Mehriban xanımın diqqətindən yayınmayıb. Heydər Əliyev Fondu internat həyatı başa çatan gənclər üçün yaşayış binası tikdirib onların istifadəsinə verib. Təbii ki, bu layihə müstəqil həyata qədəm qoyacaq gənclərin yaşamı üçün müstəsna əhəmiyyət kəsb edir.

Əminliklə demək olar ki, bu gün Azərbaycanda kimsəsiz uşaq yoxdur. Heç dayağı Mehriban xanım olan uşaq da kimsəsiz olarmı?!

Talassemiya, daun, autizm, əqli, fiziki qüsurlu, xərçənglə, şəkərlə və digər amansız xəstəliklərlə mübarizə aparan uşaqlar da Mehriban xanımın şəfqətinə sığınıblar. Bu uşaqlar Heydər Əliyev Fondunun vəsaiti hesabına əməliyyat edilir, qanla, lazımi dərmanlarla təmin olunurlar. Birinci vitse-prezidentin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli talassemiya, daun, psixonevroloji uşaq mərkəzləri və bu qəbildən olan əhəmiyyətli obyektlər istifadəyə verilib. Mütəmadi olaraq həmin mərkəzlərə baş çəkən Mehriban xanım yaradılan şəraitlə tanış olur, bu müəssisələrin müasir tibbi avadanlıqlarla təchiz edilməsi istiqamətində tapşırıqlar verir. Uşaqlarla maraqlanır, zaman keçirir, sağlamlıqları istiqamətində əldə etdikləri kiçik nailiyyətlərə belə sevinir, onun sayəsində balaca barmaqları ilə həyata necə sıx tutunmalarından riqqətlənir...

Gecə-gündüz bu istiqamətdə həyata keçirdiyi layihələrin qarşılığında uşaqların gözlərində gördüyü, qəlblərində duyduğu sevinc bir dünya olur birinci xanım üçün: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”.

Mehriban xanım il boyu rayonlara səfər edir, insanlarla görüşür, həmsöhbət olur, evlərinə qonaq gedir, dərdlərinə şərik olur, problemlərinin həlli istiqamətində tapşırıqlar verir. Bütün bu yorulmaz fəaliyyətin nəticəsidir ki, Mehriban xanım milyonların sevgisini qazanıb.

Elə bu il dünyaya gəlməsi ilə bütün Azərbaycana sevinc bəxş edən 10 milyonuncu vətəndaşımızın da adı Mehriban oldu. Onun kimi əzmkar, mətanətli, sülhsevər, vətənpərvər olsun deyə...

Mehriban xanım təkcə ölkə daxilində yox, bütün dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirən bir xanımdır. O, fəaliyyəti, atdığı humanist addımlarla dünya birinci xanımlarına, xoşməramlı səfirlərə, bugünkü və gələcək gənc qızlara ideal obrazdır, təkrarlanması vacib nümunədir...

UNESKO və ISESCO-nun xoşməramlı səfirinin fəaliyyəti Azərbaycan sərhədlərini aşıb. Bu gün Mehriban xanımın xeyirxahlıq missiyası bütün dünyada alqışlanır, təqdir qazanır, qiymətləndirilir. Aldığı beynəlxalq və yerli mükafatlar, ordenlər sayagəlməzdir.

İctimai-siyasi fəaliyyətlə yanaşı, Mehriban xanım ailəsinə də zaman ayırmağı, qayğı göstərməyi özünün ümdə vəzifəsi hesab edir: "Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.

Mehriban xanımın hər səhifəsi uğur hekayəsi ilə dolu həyat kitabına nəzər saldıqda təəccüblənməyə, heyrətlənməyə bilmirsən. Düşünməyə bilmirsən ki, bu qədər çoxşaxəli, çətin işlərin öhdəsindən gəlməyi zərif bir xanım necə bacarır.

Amma bu sualın çox sadə cavabı var. Mehriban xanımın qalibiyyəti, uğuru daxili və xarici gözəlliyinin, xeyirxahlığının, humanistliyinin, sülhsevərliyinin harmoniyasından və özünə, gördüyü və görəcəyi işlərin müstəsnalığına olan böyük inamından doğur...

Deyirlər, dünyanı gözəllik xilas edəcək. Xoş əməllər, sevgi, şəfqət, mərhəmət əbədi mübarizədə şərə qalib gələcək.

Elə Mehriban xanımın özünün də vurğuladığı kimi: "Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq, insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət və sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır”.

Mehriban xanım da bu dünyaya xeyirxah missiya ilə gəlib. Kimsəsizə dayaq olmaq, ehtiyacı olana yardım etmək və bu nəcib əməlləri örnək kimi cəmiyyətə, gələcək nəsillərə ötürmək üçün...

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM