Milli musiqiyə verilən dəyər
Bəşər övladları əvvəlcə hisslərini, duyğularını musiqi ilə dilə gətirdilər. Sonra sözləri yaratdılar. Yalnız gözləri ilə gördüklərinə deyil, duyduqlarına, hiss etdiklərinə də ad verdilər. Amma musiqi yenə öz hökmünü saxladı. Diləgəlməz, izaholunmaz duyğuların ən gözəl ifadəçisi oldu.
Sözlə musiqi bir dildə "danışmağa” başladı. Bu vəhdətdən nəğmələr yarandı. Sözlə musiqinin ən möhtəşəm abidəsi isə muğam oldu. Onun hər zənguləsi ruhun pıçıltısına, könül harayına döndü. Hər pərdəsində gah dərd, kədər nalə çəkdi, gah da sevinc coşdu, çağladı...
Sirlərinə vaqif olmağa çalışanlar "muğam sənəti bir ümmandır” deyirlər. Tarixini, yaşını bilən yoxdur. Əsrlərə yol yoldaşıdır. Zamanın gərdişində müəlliflərinin adları unudulub və bütöv bir xalqın milli-mənəvi sərvətinə çevrilib. Azərbaycan muğamlarının müəllifi - bəstəkarı da, söz yazarları da xalqımızdır. Yüzillərdir muğamlarımız ən böyük dəyərlərimizdən, mənəvi sərvətlərimizdən biridir.
"Çahargah”, "Rast”, "Şur”, "Humayun”, "Segah”, "Bayatı-Şiraz” və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir musiqisevərin qəlbinə yol tapa bilir. Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, ümumilikdə dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən sayırlar.
Hələ 1971-ci ildə UNESKO 50 albomdan ibarət "Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına "Şərqin musiqi antologiyası” seriyasında çıxan "Azərbaycan musiqisi” valını da daxil etdi. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESKO tərəfindən "Musiqi mənbələri” seriyasında buraxıldı.
ABŞ Milli Kosmik Agentliyi tərəfindən 1977-ci ildə Azərbaycanın muğam musiqi nümunəsi peyklə kosmosa göndərildi.
Xalqımızın milli sərvəti olan muğama bütün dünyada diqqət, sevgi, heyranlıq var. Bu səbəbdən 26 Avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd edilir. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olundu.
Həmin gün bütün muğamsevərlərin bayramıdır. Hər il avqustun 26-da dünyanı heyrətə salan Azərbaycan muğamlarının xalqımızın tarixində dərin kökləri olduğu bir daha bəyan edilir.
Azərbaycan muğamları bu günlərə keşməkeşli yollardan keçərək gəldi. Tarixin ayrı-ayrı dönəmlərində muğam sənətinə düşmən kəsilənlər, onu gözdən salmağa çalışanlar da oldu. Xüsusilə sovet hakimiyyətinin ən sərt çağlarında - 1930-cu ildən 1970-ci ilədək bu sənətin bəsitliyini, primitivliyini iddia edənlər var idi. Onlar muğamları unutdurmaq üçün əllərindən gələni əsirgəmirdilər. Amma buna nail ola bilmədilər. Muğam sənətinin qiymətini bilənlər onu sevərək yüksək tutdular. Bütün çətinliklərə rəğmən Azərbaycan xalqı göstərdi ki, öz milli kimliyini ifadə edən dəyərləri qoruyub yaşatmağa qadirdir.
XX əsrin sonlarında Azərbaycan xalqı ən böyük arzusuna, məqsədinə çatdı. Azərbaycanın müstəqilliyi bərpa olundu. Bu gün ölkəmiz öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq iqtidarındadır. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir.
Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin təbliği sahəsində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət göstərilir. Bu məqsədlə respublikamızın paytaxtında Beynəlxalq Muğam Mərkəzi yaradıldı. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin açılışı 2009-cu il dekabrın 27-də oldu. Regionlarımızda da Muğam mərkəzləri yaradıldı.
Muğamın inkişafı və dünyada tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif müsabiqələr, beynəlxalq festivallar təşkil edilir. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 120 illik yubileyi münasibətilə fondun təşkilatçılığı ilə muğam müsabiqəsi düzənləndi. Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə sonrakı illərdə - 2007, 2009, 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə də muğam müsabiqələri keçirildi və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırıldı.
Heydər Əliyev Fondunun 2008-ci ildə Azərbaycan muğamına həsr olunan daha bir nəşri - "Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü gördü.
Muğamın əsrarəngizliyini, dərin fəlsəfəsini dinləyicilərə çatdırmaq, təbliğ etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. "Qarabağ xanəndələri” musiqi albomu da "Azərbaycan muğamları” layihəsi çərçivəsində nəfis şəkildə nəşr edildi.
Dünyada ilk dəfə ölkəmizin paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə "Muğam aləmi” Beynəlxalq Muğam Festivalı düzənləndi. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, həmçinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş qonaqlar iştirak etdilər.
Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilir.
Muğamlarımızın təbliğində, nəsildən-nəslə ötürülməsində xanəndələrimizin xidmətləri danılmazdır. Hələ qədim zamanlardan muğam dinləməkdən zövq alan azərbaycanlılar onu qoruyan, yaşadan, inkişaf etdirən sənətkarlara çox böyük hörmət, ehtiram göstəriblər. Doğrudur, texnikanın inkişaf etmədiyi vaxtlarda xanəndələrin möhtəşəm ifalarını lent yazılarının yaddaşına köçürmək mümkün olmadı. Ancaq o sənətkarların adı, ifa tərzi xalqın hafizəsində yaşadı.
Bütün dövrlərdə ustad xanəndələr gənclərə muğam sənətinin sirlərini öyrətməyi özlərinə mənəvi borc biliblər. Beləcə, muğam məktəblərimiz heç vaxt ardıcılsız qalmayıb. Görkəmli sənətkarların sənət yolları ardıcılları tərəfindən davam və inkişaf etdirilib. Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, İslam Rzayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Yavər Kələntərli, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa istedadlı xanəndələr muğamı ustad sənətkarlardan öyrənərək özlərinə məxsus səsləri, ifaları ilə ona yeni çalarlar qatdılar.
Bu gün də Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında peşəkar musiqiçilərimizin və xanəndələrimizin rolu diqqətəlayiqdir. Onların dünyanın əksər ölkələrinin konsert salonlarında müxtəlif milli mənsubiyyətə, fərqli dilə sahib olan tamaşaçıların qarşısında ifa etdikləri muğamlar musiqisevərlərin qəlbini riqqətə gətirir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!