25 Avqust 2019 00:36
496
İQTİSADİYYAT
A- A+

Bələdçilər üçün təlim keçirilib


Şəmkir rayonunda Azərbaycan Turizm Bürosunun, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və "Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunda turizm bələdçiləri üçün təlim keçirilib. Təlimlərdə 30 nəfər iştirak edib.

İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunub və kreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib.

Təlim proqramı çərçivəsində iştirakçılar "Alman irsi mədəniyyət evi”ni ziyarət ediblər.

Təlimdə uğur qazananlara Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının "Regional turizm bələdçisi” şəhadətnaməsi təqdim edilib.

Saleh MƏMMƏDOV,

Şəmkir rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video