25 Avqust 2019 00:25
935
İDMAN
A- A+

Sumqayıtda gənclər arasında boulinq turniri keçirildi


Sumqayıtın 70 illik yubileyi ərəfəsində şəhərdə müxtəlif tədbirlər keçirilir. Elə bir təşkilat yoxdur ki, bu bayrama öz töhfəsini verməsin. Şəhər Gənclər və İdman Baş İdarəsi bayram gününədək tədbirlər proqramı hazırlayıb həyata keçirir. Sumqayıt Bulvarında gənclər arasında idmanın boulinq növü üzrə turnir təşkil edilmişdir.

Tədbirin açılış mərasimində bildirildi ki, sumqayıtlı gənclər bütün sahələrdə nümünə göstərir, bacarıq və istedadlarını nümayiş etdirirlər. Şəhər miqyasında elə bir tədbir olmur ki, orada gənclər iştirak etməsinlər. İdman komleksləri, zallar, meydançalar onların ixtiyarına verilmişdir. Gənclər bir çox hallarda təşəbbüslə çıxış edərək yarışlar təşkil edirlər. Qeyd edildi ki, boulinq turniri də onların sərbəst şəkildə müraciəti əsasında keçirilir.

Daha sonra start götürən mübarizəyə ümumilikdə 8 komanda və hər komandadan 7 nəfər olmaqla 56 gənc qatıldı. Yarışda 1-ci yeri Sumqayıt "Asan xidmət” mərkəzinin, 2-ci yeri Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin, 3-cü yeri isə Gənclər Evinin komandaları tutdu. Qaliblər Gənclər və İdman Baş İdarəsinin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edildilər.

A.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video