24 Avqust 2019 23:42
456
DÜNYA
A- A+

G7 sammitinin rəsmi açılışı olub


Fransanın Biarritz şəhərində G7 sammitinin rəsmi açılışı olub. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib.

İşgüzar şam yeməyindən əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Almaniyanın federal kansleri Angela Merkel və Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşlər keçirib. Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü də təşkil edilib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.

Sammitin işi avqustun 26-da başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video