24 Avqust 2019 16:04
495
DÜNYA
A- A+

Tramp Çin mallarına əlavə rüsumlar tətbiq edəcək


Pekinin ABŞ mallarına əlavə rüsumlar tətbiq etməsinə cavab olaraq ABŞ Prezidenti Donald Tramp Çin mallarına cəza rüsumları tətbiq olunacağını bəyan etmişdir. Bu barədə "Assoşieyted Press” agentliyi xəbər verir.

Tramp srağagün Twitterdəki səhifəsində yazmışdır: "Çin 75 milyard dollarlıq ABŞ mallarına yeni rüsumlar qoymamalı idi. Oktyabrın 1-dən etibarən Çinin 250 milyard dollarlıq mallarına və xidmətlərinə 25 faizlik yox, 30 faizlik vergi tətbiq olunacaq”. Bundan başqa, Çindən idxal olunmuş 300 milyard dollarlıq mallara, planlaşdırdığı kimi, 10 faizlik yox, 15 faizlik gömrük tarifi tətbiq olunacaq.

Həmin gün bir qədər əvvəl Çin Ticarət Nazirliyi ABŞ mallarına əlavə rüsumlar tətbiq olunacağını bildirmişdi. ÇXR hər il ABŞ-ın 5 min çeşiddə mallarına 5 faizdən 10 faizədək yeni rüsumlar tətbiq etməyi planlaşdırır. Yeni rüsumların tətbiqi iki mərhələdə – sentyabrın 1-dən və dekabrına 15-dən etibarən həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video