24 Avqust 2019 16:04
494
DÜNYA
A- A+

KXDR yeni raket buraxılışı həyata keçirdi


KXDR Yapon dənizi istiqamətində iki yeni raket buraxmışdır. Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat vermişdir ki, raketlər şimal-şərqdəki Hamgön-Pukto vilayətindən buraxılmışdır.

Raketlərin növü məlum deyil. Bununla belə, Cənubi Koreya ehtimal edir ki, KXDR yaxınmənzilli ballistik raketlər buraxmışdır. Raketlər 97 kilometr hündürlükdə təxminən 380 kilometr uçmuşdur.

Hadisə ilə əlaqədar Cənubi Koreya Prezidentinin administrasiyası Milli Təhlükəısizlik Şurasının iclasını çağırmışdır. İclasın yekunlarına görə Milli Təhlükəsizlik Şurası Pxenyandan Koreya yarımadasında gərginliyi artıran raket buraxılışlarını dayandırmağı tələb etmişdir.

Bu, son bir ay ərzində KXDR-də yeddinci raket buraxılışıdır. Raket sınağı ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri başa çatdırdıqdan az sonra həyata keçirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video