24 Avqust 2019 15:59
427
DÜNYA
A- A+

“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb


"Yerevan Today” xəbər portalı paytaxt küçələrində əhali arasında keçirdiyi sorğudan sonra "Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib. Yerevan sakinləri sorğuda bildiriblər ki, son 1 ildə Ermənistanda yaşamaq dözülməz olub.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edənlərin 75 faizi yeni hökumətə inanmadığını bildirib.

Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan vətəndaşları Paşinyan əleyhinə üsyana qalxmağa çağırıb. Hazırda xaricdə yaşayan Mikayıl Minasyan yeni hökuməti səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə əvvəlki hökumət üzvlərindən qisas almaq məqsədilə gəlib. Paşinyan Robert Koçaryanı həbs etdirib. Yaxın günlərdə isə keçmiş müdafiə naziri Seyran Ohanyanın və başqa generalların həbs tapşırığını verəcək.

Xatırladaq ki, Mikayıl Minasyanın özünü də həbs gözləyir. Onun adı korrupsiyada hallanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video