Alternative content

02:51 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:42 19.09.2019 İLHAM ƏLİYEV yolu
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Odda yanmaz, suda batmaz dəmirağac
Odda yanmaz, suda batmaz dəmirağac
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:36 24.08.2019

Təbii halda bitən və adı "Qırmızı kitab”a düşən dəmirağacına ölkəmizin cənub rayonlarında – Lerik, Astara və Lənkəranın meşə massivlərində rast gəlmək mümkündür. El arasında şəfalı ağac kimi də tanınan dəmirağacını digər ağaclardan fərqləndirən xüsusiyyətlər çoxdur. Onun parçaları odda yanmır, suda batmır. Üstəlik o qədər bərkdir ki, gövdəsinə mismar da çalmaq mümkün olmur. Ağacın daha bir fərqli cəhəti isə onun budaqlarını bir-birinə sürtdükcə birləşməsidir.

AZƏRTAC xəbər verir ki, dəmirağac cənub meşələrində qrup və zolaq halında yayılıb. Dəniz səviyyəsindən 400-600 metrə qədər yüksəkliklərdə ona rast gəlmək olar, həmin yüksəklikdən nisbətən aşağı sahələrdə populyasiya halında üzləşmək olar. Ondan bəzən parklarda dekorativ ağac kimi də istifadə olunur. Yarpaqları sıx olduğu üçün altında daim rütubətlilik olur, yarpaq və kötüyündə turşuluq çox olduğuna görə kölgəsində bitki örtüyünə rast gəlinmir. Dəmirağacın spesifik xüsusiyyəti oduncağının möhkəm olmasıdır. Oduncağı rütubətə davamlı olduğuna görə ondan daha çox gəmiqayırmada istifadə olunur.

Dəmirağac şaxtaya qarşı dözümlüdür və bəzən hətta 25-30 dərəcə şaxtaya tab gətirir. Dünyada ondan avtomobil sənayesi, telefon və elektrik dirəklərinin qurulmasında, körpülərin tikilməsində geniş istifadə olunur. 200 ilə yaxın ömür sürən dəmirağac 25 metr hündürlüyədək yüksəlir. Hazırda onun sayı az olduğundan Hirkan Milli Parkında mühafizə olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM