Alternative content

20:53 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət kənd kooperativlərinin də yanındadır
Dövlət kənd kooperativlərinin də yanındadır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 24.08.2019


Azərbaycan kənd təsərrüfatı sahəsində kooperativləşmə hərəkatının ərəfəsindədir. Artıq "pionerlər” də var.

Ötən ilin oktyabrında "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabadın Yaxadəllək-Beşdəli kəndlərinin ərazisində 133 ailə könüllü "Birlik İstehsal Kooperativi”ni təsis ediblər. Bu ilin martında isə rayonda ikinci - 231 ailənin birləşdiyi "Axısxalılar toxum istehsal kooperativi” yaradılıb.

Aqrar sektorun indiki mərhələsində kənd kooperativləri xırda pay torpaqlarının birləşdirilməsinə nail olmaqla istehsaldakı pərakəndəliyin aradan qaldırılmasına, məhsuldarlığı artırmaqla kənd əhalisinin iqtisadi maraqlarını qorumasına imkan yaradacaq. Ümumiyyətlə, kooperasiyaların qarşısında duran hədəflər istehsalın səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması, mexanikləşdirməyə nail olmaq, innovativ texnologiyalar hesabına xarici bazarlara çıxış əldə etməkdən ibarətdir.

İlk təcrübələr olduğu üçün kooperativ üzvlərinin bir sıra dəstəklərə, xüsusən xarici təcrübələrin yaxından öyrənilməsinə, təlim və maarifləndirməyə böyük ehtiyacları var. Bu ehtiyacı öyrənmək, gələcəkdə təcrübi layihələrin həyata keçirilməsi məqsədilə bu günlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəvəti ilə ölkəmizdə səfərdə olan Koreya Regionların İnkişafı İnstitutu və Koreya Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti Sabirabadın Yaxadəllək, eləcə də Axısxa kəndlərində olaraq kooperativ üzvləri ilə görüşlər keçirib, kooperativlərin inkişafı məsələlərini geniş müzakirə ediblər. Kooperasiyaların fəaliyyətinə hərtərəfli dəstək vermək niyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının - Aqrar Xidmətlər Agentliyinin, "Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşları da kooperasiya üzvləri ilə müzakirələr aparıb. Görüşdə istehsal planlarının hazırlanması, əkin strukturunun qurulması, becərmə dövründə elmi-informasiya təminatının göstərilməsi, torpaqların aqrokimyəvi analizlərinin aparılması, güzəştli texnika, gübrə ilə təmin olunması diqqətə çatdırılıb. İstehsalın təşkili ilə bağlı çoxsaylı dəstəklərin göstəriləcəyi ilə bağlı səsləndirilmiş fikirlər kənd sakinləri tərəfindən müsbət qarşılanıb.

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Heydər Yaqubov bildirib ki, rayonda iki kooperativin yaradılması digər istehsalçılar arasında da xüsusi fəallığa səbəb olub. Xırda pay torpaqlarının səmərəli idarə olunmamasından əziyyət çəkən digər kəndlilər də birlik modellərinin yaradılması istiqamətində müzakirələr aparıblar.

Qonaqlar ötən əsrin əvvəllərindən başlamış kənd kooperasiyalarının yaradılmasında böyük təcrübə qazanmış öz ölkələrində əldə olunmuş nailiyyətlər haqqında danışaraq elmi-iqtisadi məsləhətlərini veriblər. "Cənubi Koreyada ilk kooperativ 1907-ci ildə qurulmuşdur. Bu illər ərzində birgə iqtisadi fəaliyyət xeyli təkmilləşmiş, bitkiçilik, istehsal, təchizat, balıqçılıq, kredit, satış, marketinq istiqamətləri üzrə ixtisaslaşmış və iri federasiyalarda təşkilatlanmışlar. Hər bir federasiya öz çətiri altında 300-dən çox kəndli kooperativlərini birləşdirir. 1961-ci ildən növbəti mərhələyə qədəm qoymuş kooperativləşmə hərəkatı nəticəsində bu gün büdcə göstəriciləri 50 milyard ABŞ dollarını ötüb və dünyanın ən böyük üçüncü "kooperativ ölkəsi” statusunu qazanmışıq. Misal çəkə bilərəm, təkcə istehlak kooperativlərinin sayı 391, büdcəsi isə 518 milyon ABŞ dollarıdır. Baxmayaraq ki, bizim ölkədə fermerə düşən əkin torpağı maksimum bir hektardır, lakin səmərəli birgə fəaliyyətin qurulması uğurlu nəticələr qazanmağa imkan verib. Əsas məsələ odur ki, torpaq adamları rasional təşəbbüslər ətrafında birləşməli, hər şeyi dövlətdən və ya kimlərdənsə gözləməməli, strateji baxışa sahib olmalıdırlar” deyə kiçik, orta, iri kooperativlərdə dəyər zəncirinin təhlili üzrə beynəlxalq ekspert Çanho Çoi bildirib.

Kooperativlərlə bağlı texnoloji transformasiyalar üzrə ekspert Jingon Ahn, layihələr üzrə menecer Sunq Kyunq sonda yerli fermerlərimizlə müzakirədə vacib addımlardan danışıblar. Yaxın vaxtlarda aparılan müzakirələrin nəticəsi olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) yeni yaranmış kooperasiyalarda təlim-maarifləndirmə, maliyyə-təsərrüfat hesabatlılığı üzrə layihələr həyata keçirməyi planlaşdırdıqlarını deyiblər.

Koreyalı qonaqlar Yaxadəllək və Axısxa kəndlərindən sonra Sabirabad DAİM-də də olaraq mərkəzin göstərdiyi xidmətlərlə yaxından maraqlanıblar, 40-dan çox xidmətin bir məkanda təqdim olunmasını yüksək qiymətləndiriblər.

R.MƏMMƏDLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM